Accessibility links

“Müdafiə Xətti” hüquq pozuntuları ilə bağlı aylıq hesabatını təqdim edib


“Gözləyirdik ki, mart ayında əfv sərəncamı imzalanacaq, siyasi məhbuslar azadlığa buraxılacaq. Bu, baş vermədi. Hakimiyyət siyasi məhbus ailələrinin hissləri ilə rəqs edir. Ailələrə söz verirlər, yerinə yetirmirlər”

Bu barədə “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov bu gün, martın 17-də son bir ayda baş verən hüquq pozuntuları ilə bağlı hesabatı təqdim edərkən bildirib.

Səfərovun dediyinə görə, siyasi məhbusların heç bir günahı yoxdur, onlar hakimiyyətin siyasi xətti ilə razılaşmır.

“Siyasi məhbusların "günahı" hakimiyyətin siyasi xəttini dəstəkləməməsidir. Hazırkı hökumətin mövcudluq forması siyasi məhbusların olması ilə bağlıdır. Siyasi məhbuslar olmasa ölkədə demokratik rejim ideyası yayılar. Amma hökumət də dünyada baş verənlərdən nəticə çıxarıb, bir liberal münasuibət gətirməlidir. Dünyada olduğu kimi Azərbaycanda da zorakılığa söykənən hüquq sisteminin sonu olacaq. Bu, politologoya və məntiq elminin gəldiyi nəticələrdir,” o qeyd edib.

“Müdafiə Xətti” aylıq hesabatında əsas hüquq pozuntusu kimi reportyor, LGBTQ+ fəalı Əvəz Hafizlinin amasızlıqla qətlini, Putinin Rusiyasının Ukraynada sivil insanları, o cümlədən Azərbaycan vətəndaşlarını qətlə yetirməsini, “Müdafiə Xətti” və ictimai fəalların Ukraynaya Rusiyanın təcavüzünə etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında keçirdiyi etiraz aksiyalarını, etirazların qarşısının polis tərəfindən alınmasını, beynəlxalıq yükdaşımalar həyata keçirən yük avtomobillərinin sürücülərinin dinc aksiyasını və onlara qaşı polis zorakılığını, jurnalistlərin, həmçinin ictimai fəal Bəxtiyar Hacıyevin, AXCP fəallarının polis tərəfindən təzyiq və təqiblərə məruz qalmasını daxil edib.

Öz növbəsində, rəsmi qurumlar hüquq-müdafiə təşkilatlarının hesabatına hələ şərh verməyib.

Bununla yanaşı, Daxili işlər Nazirliyi bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini, işgəncə və qeyri-insani rəftara məruz qoyulmadığını bildirir.

Azərbaycan hökuməti isə insan hüquqları ilə bağlı tənqidləri qərəzli sayır və ölkədə siyasi məhbusların olmadığını bildirir.

Yerli hüquq müdafiəçilərinin gəldiyi nəticəyə görə, Azərbaycanda hazırda 122 nəfər siyasi məhbus var. Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG