Accessibility links

Azərbaycanda Novruz bayramında 9 gün iş olmayacaq


Martın 19-dan Azərbaycanda Novruz bayramı tətilləri başlayır. Bayramla əlaqədar tətil martın 19-dan martın 27-si də daxil olmaqla, 9 gün davam edəcək.

Nazirlər Kabinetinin "2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərarına əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləridir.

Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, həftələrarası istirahət günləri və iş günü sayılmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Beləliklə, 19, 26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (19-27 mart) qeyri-iş günləridir.

Növbəti iş günü martın 28-də başlayır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG