Accessibility links

Türkiyənin Rusiya sanksiyalarına qarşı çıxması sanksiyaların pozulduğuna dair şübhələri artırır


Birləşmiş Ştatlar və Avropa İttifaqı Moskvaya qarşı güclü maliyyə və ticarət sanksiyaları tətbiq edərkən və öz hava məkanlarını Rusiya təyyarələri üçün bağlayarkən Türkiyə bu tədbirlərin əks-məhsuldar olduğunu əsas gətirərək qəti şəkildə əleyhinə çıxır.

Londonda yerləşən Bluebay Asset Management şirkətinin inkişaf etməkdə olan bazarlar üzrə analitiki Timoti Eş bildirib ki, Türkiyənin ruslara sanksiyalardan yan keçməsinə kömək etməsi ilə bağlı narahatlıqlar artır.

“Rusiya təyyarələrinin Türkiyə təyyarələri kimi göstərilməsinə diqqət yetirilib. Rusiya ilə Türkiyə arasında güclü ticarət, bank əlaqələri mövcuddur.”

Bir çox rusiyalının Türkiyədə yeni bank hesabları açmaq cəhdləri ilə qarşılaşdıqları bəzi problemlərin öhdəsindən gəlməyə çalışmasına medianın diqqəti cəlb olunub.

Rusiya şirkətləri Rusiya ilə ixrac və ya ticarət etmək istəyən qurumların özlərini türk qurumları kimi yenidən qablaşdırmaları ilə bağlı narahatlıq da var.

Amerikanın Səsi xəbər yayıldığı vaxt şərh almaq üçün Türkiyə hökuməti rəsmiləri ilə əlaqə saxlasa da, heç bir cavab almayıb.

Ankara beynəlxalq hüquqi öhdəliklərinə əməl etdiyində israr edir. Lakin Global Source Partners şirkətinin analitiki Atilla Yeşilada deyib ki, Türkiyə beynəlxalq sanksiyaları ilk dəfə pozmur.

"Bir çox insanlar Türkiyənin Rusiya üçün proksi maliyyə mərkəzi və ya vasitəçi olacağına ümid edirdi. Mən indiki rejimin Reza Zərrabinin İranla bağlı 40 milyon dollarlıq insidentinə göz yummazdım”- deyə, Yeşilada bildirib.

Reza Zərrab 2017-ci ildə Nyu-York məhkəməsində İrana qarşı sanksiyaları pozmaq ittihamları ilə günahını etiraf edən türk-iranlı iş adamıdır.

Türkiyənin dövlətə məxsus “Halkbank”ının yüksək vəzifəli icraçısı da mühakimə olunub. Halkbankın özü də eyni istintaq çərçivəsində mühakimə olunub.

Analitik Yeşilada deyir ki, Türkiyənin özəl və dövlət bankları da Rusiya sanksiyalarını pozduqları üçün yoxlama və ciddi cəzalarla üzləşəcək. O xəbərdarlıq edib ki, sanksiyaların ləğvi olduqca risklidir, xüsusən də hər hansı cəza Türkiyənin beynəlxalq bazarlardan borc almaq qabiliyyətinə təsir edə bilər.

“Növbəti 12 ayda təxmin edilən cari hesab kəsiri də daxil olmaqla, Türkiyə 200 milyard dollardan çox borcunu yubatmalı olacaq və bunların tutulması üçün hər hansı bir səbəb təkcə banklara deyil, həm də valyuta bazarına böyük ağrılar yaradacaq” - deyə, Yeşilada bildirib.

Bununla belə, Ankaranın Kyivə güclü hərbi dəstəyi və Türkiyənin ödədiyi yüksək iqtisadi qiyməti beynəlxalq xoşməramlılıq yaradıb.

Eş deyib ki, bu bir yandan yağlamaq, o biri yandan dağlamaq kimidir.

"Dağlamaq Qərb hökumətlərinin Rusiyaya qarşı sanksiyalara dair tələbinə məhəl qoymamağın cəzasıdır, amma eyni zamanda düşünürəm ki, türklərə kömək etmək və onları təşviq etmək üçün səy göstəriləcək, bəlkə daha çox maddi yardımla, bəlkə də rejimə olduğu kimi əməl etdiklərinə əmin olmaq üçün” - deyə, Eş bildirib.

Türkiyənin bir çox iqtisadi çətinliklərinin səbəbini Prezident Rəcəb Tayyib Ərdoğanın qeyri-adi maliyyə siyasətləri ilə əlaqələndirən bəzi analitiklər xəbərdarlıq edir ki, istənilən beynəlxalq yardım siyasətdəki dəyişikliklərlə bağlı ola bilər.



XS
SM
MD
LG