Accessibility links

Arnold Şvartzenegger Putini müharibəni dayandırmağa çağırıb


Dünya şöhrətli aktyor Arnold Şvartzenegger Rusiya xalqının Ukraynaya qarşı müharibə ilə bağlı yanlış məlumatlandırıldığını vurğulayıb.

Kaliforniyanın keçmiş qubernatoru ruslara ölkələrinin Ukraynaya hücumu ilə bağlı dezinformasiya ilə doyuzdurulduğunu deyib və Vladimir Putini təcavüzü dayandırmağa çağırıb.

“Siz bu müharibəni başlatdınız. Siz bu müharibəyə rəhbərlik edirsiniz. Siz bu müharibəni dayandıra bilərsiniz.”

Aktyor Twitter-də yerləşdirdiyi 9 dəqiqəlik videoda Kremlin ruslara qəsdən yalan danışdığını, işğalın Ukraynanı “nasizmdən qorumaq” məqsədi daşıdığını iddia edib.

Şvartzenegger xüsusən də Ukrayna prezidenti Vladimir Zelenskinin yəhudi əsilli olduğunu xatırladaraq, “Bu müharibəni Ukrayna deyil, millətçilər və nasistlər başlatmayıb” deyib.

"Bu, Rusiya xalqının müharibəsi deyil" - deyə, o əlavə edib.

İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük işğal Ukrayna şəhərlərini viran qoyub və ölkənin 3 milyondan çox sakinini qaçqın vəziyyətinə salıb.

Kreml bir sıra media kanallarını və saytlarını bağladıqdan sonra Rusiyada insanların bu müharibədə nələrin baş verdiyi barədə nə dərəcədə məlumatlı olduğu aydın deyil.

“Dünya sizin cəsarətinizi gördü. Şvartsenegger müharibəyə etiraz edən ruslara müraciət edərək, şücaətinizin nəticələrini çəkdiyinizi bilirik. Siz mənim yeni qəhrəmanlarımsınız" - deyə aktyor bildirib.

Karyerasına bodibilder kimi başlayan 74 yaşlı aktyor Putini işğalı dayandırmağa çağırıb. O, rəhbərlərinin minlərlə rus əsgərinə yalan danışdığını vurğulayıb.

Arnold Şvartzenegger deyib: "Həyatınız, əl-ayağınız, gələcəyiniz mənasız bir müharibədə qurban verilir".

XS
SM
MD
LG