Accessibility links

ÜST: Sağlamlıq xərc deyil, investisiyadır


COVID-19 ilə bağlı məhdudiyyətləri yumşaltmağa başlayan bəzi ölkələrdə infeksiya və ölüm nisbətləri artmağa başladığı üçün Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru pandemiyanın indiyə qədər dünyaya nə öyrətdiyini xatırladıb.

Tailand Beynəlxalq Sağlamlıq Tədbirində çıxış edən Tedros Adhanom Qebreyesus deyib ki, "COVID-19 pandemiyası sağlamlığın lüksü deyil, insan hüququ olduğunun güclü nümayişidir; xərc deyil, investisiyadır; sadəcə inkişafın nəticəsi deyil, həm də sosial, iqtisadi və siyasi sabitlik və təhlükəsizliyin əsasıdır”.

Tedros “bütün ölkələri, istehsalçıları və tərəfdaşları” Birləşmiş Millətlər Təşkilatının “peyvənd istehsalını, bilik mübadiləsini və texnologiya transferini təkmilləşdirmək” üçün agentliklə işləməyə çağırıb.

ÜST rəhbəri deyib ki, bir neçə ölkə məhdudiyyətləri aradan qaldırsa da, pandemiya bitməkdən çox uzaqdır və hər bir yerdə bitməyincə, bu, bitmiş sayılmayacaq.

Bu arada, Çinin rəsmi Sinhua xəbər agentliyinin məlumatına görə, Prezident Si Cinpin Siyasi Büronun Daimi Komitəsini və Çin Kommunist Partiyasının yüksək rəhbərliyini ən az xərclə böyük pandemiyanın qarşısının alınması və nəzarət effektinə nail olunması, pandemiyanın iqtisadi və sosial inkişafa təsirinin minimuma endirməsinə çağırıb.

Çin hazırda pandemiyanın 2019-cu ilin sonunda başladığı bildirilən Uhanda baş verəndən bəri ən böyük COVID-19 infeksiyası dalğasını yaşayır.

Cons Hopkins Koronavirus Resurs Mərkəzi cümə günü 465 milyondan çox qlobal COVID yoluxması və 6 milyondan çox qlobal COVID ölümünün qeydə alındığını bildirib.

Qurum təxminən 11 milyard peyvənd dozasının tətbiq edildiyini deyib.

Moderna Inc, dünyada yoluxmaların artması və pandemiyanın başqa bir dalğası qorxusu ilə ikinci COVID-19 gücləndirici vurulması üçün ABŞ səhiyyə tənzimləyicilərindən təcili istifadə icazəsi istəyib.

ABŞ biotexnologiya şirkəti bildirib ki, tələbi 18 yaşdan yuxarı bütün yetkinləri əhatə edir və əlavə gücləndirici dozasının, o cümlədən yaşa və ya əlavə xəstəliklərə görə COVID-19 riski daha yüksək olanlar üçün müvafiq istifadəsi müəyyən olunmalıdır.

Modernanın tələbi Pfizer Inc və onun alman partnyoru BioNTech SE-nin bu həftənin əvvəlində ABŞ tənzimləyiciləri ilə 65 və daha yuxarı yaşda olan insanlar üçün ikinci gücləndirici doza üçün təqdim etdiyi müraciətdən xeyli genişdir.

Moderna dördüncü vaksinin effektivliyini şərh etmədən, onun təqdim edilməsinin qismən omikron variantının ortaya çıxmasından sonra ABŞ və İsraildə dərc edilmiş məlumatlara əsaslandığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG