Accessibility links

Bayden Çinə Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməyin “fəsadları” barədə xəbərdarlıq edib


Bayden Çinə Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməyin “fəsadları” barədə xəbərdarlıq edib
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Bayden Çinə Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməyin “fəsadları” barədə xəbərdarlıq edib

Prezident Co Bayden Çin lideri Şi Tsinpin ilə cümə günü təxminən iki saat danışaraq, ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsinə son qoymasını istədiyini bildirib. Çin dövlət mediası məlumat verir ki, Şi Baydenə Pekinin böhran və ya münaqişə istəmədiyini deyib.

Rusiya Ukraynanın uzaq qərbində yerləşən Lviv şəhərində hava bombardmanı kampaniyasını cümə günü hava limanına qədər genişləndirdiyi bir vaxtda prezident Co Bayden Çin prezidenti Şi Tsinpin ilə video-zəng vasitəsilə danışıb və diqqəti amansız müharibə, mülki əhali və əzablara yönəldib.

Ağ Ev bildirir ki, Bayden Rusiya prezidenti Vladimir Putinə qarşı sərt sanksiyalara dair Qərbin birliyini və Rusiyanın Ukrayna şəhərlərini bombalamasına dəstək verəcəyi təqdirdə Çinin üzləşəcəyi fəsadları qeyd edib.

Çin dövlət mediası bildirib ki, Şi “Ukraynadakı vəziyyətin bu həddə çatmasını görmək istəmir”.

Bir ekspert Amerikanın Səsinə bildirib ki, Putin müharibəni davam etdirmək üçün kömək istəməklə Şini çox çətin vəziyyətə salıb.

Cümə axşamı Dövlət katibi Antoni Blinken Çinin müharibəni dəstəkləməsi ilə bağlı narahatlığını dilə gətirib.

"Biz hesab edirik ki, xüsusilə Çinin prezident Putinə təsirindən istifadə etmək və dəstəklədiyini bəyan etdiyi beynəlxalq qayda və prinsipləri müdafiə etmək məsuliyyəti var. Bunun əvəzinə, Çin bunu pisləməkdən imtina edərək əks istiqamətdə hərəkət edir, özünü neytral hakim kimi göstərməyə çalışır. Və biz onların Ukraynada istifadə etmək üçün Rusiyaya hərbi texnika ilə birbaşa yardım etməyi düşünmələrindən narahatıq” - deyə, Blinken qeyd edib.

Bazar ertəsi ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Çin Kommunist Partiyasının baş diplomatı Yan Tseçi də Romada Ukrayna ilə bağlı danışıqlar aparıblar.

Ekspertlər Amerikanın Səsinə bildiriblər ki, Putin Qərb sanksiyalarından ağır zərbə alıb və onun Ukraynadakı baha başa gələn müharibəsini maliyyələşdirmək üçün Çindən çox böyük məbləğ lazımdır.

“Rusiya və Putinə çoxlu pul lazımdır, az yox, çoxlu pul. Onların ehtiyac duyacağı pulu, məncə, Çin qarşılığında həqiqətən böyük bir şey əldə etmək şərtilə vermək istəyəcək. Və Putin bunun üçün bütün ölkəsini Çinə girov qoymaq istəməz” - deyə, Qlobal Maqnitski Ədalət Kampaniyasından Bill Brovder bildirib.

Hazırda Vyanada dayandırılmış İran nüvə danışıqları ABŞ, Rusiya və Çinin, üstəlik, əlbəttə ki, İran, Böyük Britaniya, Fransa və Almaniyanın da iştirak etdiyi başqa bir çətin məsələdir.

Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, o, tərəflərin razılığa yaxın olduğuna inanır, lakin Rusiyanın Ukrayna ilə bağlı sanksiyalardan çıxmaq üçün razılaşmadan istifadə etməsinə icazə verilməyəcək.

"Hesab edirəm ki, iki şey doğru ola bilər. Birincisi, JCPOA (İranın nüvə proqramının tənzimlənməsi üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı) Rusiya Federasiyası və müharibə səbəbindən ona qarşı tətbiq edilən sanksiyalar üçün qaçış qapısı olmayacaq. Ancaq ikincisi, biz Rusiyanı öhdəliyə götürdüyünə, JCPOA-nın bir hissəsi olan nüvə layihələrində iştirak etdiyinə görə sanksiya etmək fikrində deyilik” – deyə, Prays qeyd edib.

İran Rusiyanın Vyana danışıqlarında razılığa gəlməyə maneə olmayacağını bildirərək, danışıqlarla Ukraynadakı hadisələr arasında heç bir əlaqənin olmadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG