Accessibility links

Ukraynada ərzaq tapmaq getdikcə çətinləşir


Ümumdünya Ərzaq Proqramı xəbərdarlıq edib ki, müharibə zamanı Ukraynada ərzaq tapmaq getdikcə çətinləşir və insanlar ekstremal tədbirlərə əl atmağa məcbur olur.

44 milyon əhalisi olan Ukraynada ərzaq qıtlığı yaşanır. Ərzaq Proqramı hesab edir ki, ölkə əhalisinin 45%-i kifayət qədər yemək tapmamaqdan narahatdır.

Ümumdünya Ərzaq Proqramı ölkənin qida tədarükü zəncirini pozulmuş adlandırır. Sözçü Tomson Phiri deyir ki, Ukrayna daxilində sıxışan on milyonlarla insanı qidalandırmaq üçün sistemlər dağılıb.

“Bu gün Ukraynada hər 5 nəfərdən 1-i artıq ərzaqla mübarizə strategiyalarından istifadə edir. Çarəsizləşir. Çarəsiz vaxtlar ümidsiz tədbirlərə çağırır. İstehlak edilən yeməklərin sayı azalıb. Yetkinlər yeməkləri qurban verirlər ki, uşaqlar ını yedisdirsinlər"deyə, o bildirib.

UNICEF bildirir ki, Rusiyanın işğalından sonra ölkənin uşaq əhalisinin yarıdan çoxu (4,3 milyon uşaq) evlərini tərk edib.

Müharibə itkilərini sənədləşdirən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisi öldürüldüyü məlum olan 1080-dən çox insanın ən azı 78-nin uşaq olduğunu bildirib.

Yardım agentlikləri bildirirlər ki, Rusiyanın amansız bombardmanları yaşayış məntəqələrini, mülki infrastrukturu, 70-dən çox səhiyyə müəssisəsini, hava limanlarını və körpüləri dağıdıb.

Phiri deyir ki, supermarketlər boşdur və anbarlar boşalıb. O, münaqişə bölgələrindəki ailələr, xüsusilə Ukraynanın şərqindəki az qala yerlə-yeksan olmuş Mariupol şəhərində yemək tapmaqda daha böyük problemlər yaşandığını bildirib.

"Münaqişənin baş verdiyi ərazilərə çıxışın və humanitar tərəfdaşların olmaması Ukrayna daxilində ailələrə həyati xilasetmə yardımı göstərmək üçün ən böyük maneədir" - deyə, o əlavə edib.

Fevralın 24-də şəhər mühasirəyə alındıqdan sonra heç bir humanitar yardımın daxil olmasına icazə verilməyib.

XS
SM
MD
LG