ABŞ Dövlət katibi Antoni Blinken prezident Co Baydenin şənbə günü Rusiya prezidenti Vladimir Putinin “hakimiyyətdə qala bilməyəcəyini” deməsindən sonra ABŞ-ın “Rusiyada və ya başqa yerdə rejim dəyişikliyi strategiyası olmadığını” bildirib.
Bazar günü Qüdsə səfəri zamanı Blinken deyib: "Düşünürəm ki, prezident, Ağ Ev dünən axşam qeyd etdi ki, sadəcə olaraq, prezident Putinə Ukraynaya və ya başqasına qarşı müharibə aparmaq və ya təcavüz etmək səlahiyyəti verilə bilməz".
Bayden şənbə günü Polşada bəyan edib ki, Qərbin Ukraynanı Rusiyanın işğalına qarşı müdafiə etməsi gələcək nəsillər üçün bütün dünyada demokratiyanı qorumaq üçün həyati əhəmiyyət kəsb edir.
"Bu anın sınağı bütün zamanların sınağıdır" - deyə, Bayden II Dünya Müharibəsində dağıdılan və 1970-ci və 80-ci illərdə dağıntılardan istifadə edilərək yenidən qurulan Varşavanın simvolu olan Kral Qalasında etdiyi çıxışda bildirib.
Bayden deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi “mütləq güc və nəzarət istəyini təmin etmək üçün kobud gücdən və dezinformasiyadan istifadə edən ən qədim insan impulslarından birinin nümunəsidir”.
"Bu, İkinci Dünya Müharibəsinin sonundan bəri qurulan qaydalara əsaslanan beynəlxalq nizama birbaşa etirazdan başqa bir şey deyil" , deyib.
Bayden Putinlə bağlı "Allah xatirinə bu adam hakimiyyətdə qala bilməz" - deyə əlavə edib.
ABŞ dövlət başçısı Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq edib ki, “NATO ərazisinin bir qarışını keçməyi belə düşünməsin”.
O, Putinə xatırladıb ki, alyansın “NATO ərazisinin hər qarışını müdafiə etmək kimi müqəddəs öhdəliyi var”.