Accessibility links

Oskar mükafatlarının 94-cü təqdimat mərasimi keçirilib


Oskar mükafatlarının 94-cü təqdimat mərasimi keçirilib
please wait

No media source currently available

0:00 0:04:25 0:00

Oskar mükafatlarının 94-cü təqdimat mərasimi keçirilib

94-cü Akademiya Mükafatlarının təqdimat mərasimində “Ən yaxşı film” nominasiyasında Oskar mükafatını eşitmə qüsurlu insanları təmsil edən “KODA” filmi qazanıb. Digər diqqət çəkən məqamlar gözlənilməz qalmaqal və “Ən Yaxşı Rejissor”, “Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari”, “Ən Yaxşı Mahnı” nominasiyalarında qadınların qalib olmasıdır.

Deyvid və Qoliat qarşıdurmasında üç Oskar nominasiyası üzrə ürək parçalayan hekayəsi ilə “KODA” “Ən Yaxşı Film” kateqoriyasında əsas rəqiblərini məğlub edib.

Bu arada, 12 Oskar nominasiyası ilə favorit hesab olunan vestern janrında çəkilmiş psixoloji drama “Köpəyin gücü” “Ən Yaxşı Rejissor” nominasiyasında Oskar alıb.

“KODA” eşitmə qüsuru mədəniyyəti haqqında bədii film tamaşaçıların qəlbini fəth və bu mədəniyyət haqqında məlumatı təbliğ edib. Filmin mərkəzində 17 yaşlı Rubi adlı bir gənc eşitmə qüsurlu ailəsinə dünya ilə ünsiyyət qurmağa və ailə biznesini ayaqda saxlamağa kömək edir. Rubi oxumağı sevir və musiqi öyrənmək üçün kollecə getməyi xəyal edir. Onun arzusu ailəsinə qarşı sevgisi və vəzifəsi ilə toqquşur.

“KODA” eşitmə qüsurlu insanların təmsilçiliyinə dair əlamətdar bədii film kimi Akademiya seçiciləri arasında rəğbət qazanıb. Həmçinin 1986-cı ildə eşitmə qabiliyyətini itirmiş aktrisa Marli Metlin “Kiçik Tanrının Uşaqları” filmindəki roluna görə “Ən Yaxşı Qadın Oyunçu” Oskarını qazandıqdan sonra ilk dəfə “KODA” filmindəki baş rol yoldaşı Troy Kotsur ikinci planda Oskar qazanıb. O, aktyor kateqoriyasında Oskar qazanan ikinci eşitmə qüsurlu aktyordur.

Qəbul nitqi zamanı o, mükafatını karlar cəmiyyətində hər kəsi təmsil edən an kimi alqışlayıb. “KODA” kinorejissoru və yazıçı Sian Heder “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyasında Oskar qazanıb.

Ceyn Kempion “Köpəyin gücü” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında Oskara layiq görülüb. Yeni Zelandiyalı kinorejissor Xlo Çjao və Ketrin Biqelovdan sonra Oskar qazanan üçüncü qadın rejissordur.

Vill Smit "Kral Riçard" idman dramında məşhur tennisçilər Venera və Serena Vilyamsın atası və tennis məşqçisi, inadkar Riçard Vilyams rolunda oynadığı performansa görə “Ən Yaxşı Aktyor” kateqoriyasında ilk Akademiya Mükafatını aldı. Qəbul nitqində ağlayan Smit Riçard Villiamsı ailəsinin güclü müdafiəçisi adlandırıb.

Aparıcı Kris Rok həyat yoldaşını təhqir etdikdən sonra Smitin açıq-aşkar sarsıldığı müşahidə edilib. Vill Smit Akademiyadan və namizədlərdən üzr istəyib.

Cessika Çeysteyn “Tammi Fayenin gözləri" dram filmində amerikalı evangelist Tammi Faye Bekker roluna görə “Ən Yaxşı Qadın aktrisa” kateqoriyasında ilk Oskarını alıb.

Başqa bir ilkə Ariana DeBose imza atıb. O, Stiven Spilberqin “Qərb tərəfin hekayəsi” filmindəki performansına görə “Ən yaxşı ikinci plan qadın rolu” nominasiyasında Oskar mükafatını qazanıb. Ariana aktyorluq Oskarını qazanan ilk ağdərili olmayan kuir qadındır. O, həm də bu mükafatı əldə edən ikinci Latın Amerikalıdır. İlk qazanan isə 60 il əvvəl “Qərb tərəfin hekayəsi”nin orijinal film versiyasında Anita roluna görə Rita Moreno idi.

Disneyin “Enkanto” filmi Oskar qazanan latın amerikalı personajlara həsr olunan ilk animasiya filmidir. Filmdə Lin-Manuel Mirandanın yazdığı mahnılar yer alır.

Denis Villeneuvenin "Dyun" epik elmi-fantastik filmi Qreq Freyzer tərəfindən ən yaxşı operator işi, vizual effektlər, səs, film montajı, prodüser işi və Hans Zimmer tərəfindən orijinal bəstə üçün altı Oskar qazanıb.

İrlandiyanın Belfast şəhərində sıxıntılar zamanı zorakılığın ortasında sevinc tapmaq haqqında rejissor Kennet Brananın ürəkaçan hekayəsi “Belfast” “Ən Yaxşı Orijinal Ssenari” kateqoriyasında Oskar əldə edib.

Ən yaxşı mahnı nominasiyasında Oskar Ceyms Bond haqqında “Ölməyə vaxt yoxdur” filminə görə Billi Aylişə verilib.

XS
SM
MD
LG