Accessibility links

Kiçik Moldova çox sayda ukraynalıya yardım edir 


Kiçik Moldova çox sayda ukraynalıya yardım edir
please wait

No media source currently available

0:00 0:01:41 0:00

Kiçik Moldova çox sayda ukraynalıya yardım edir

Avropanın ən yoxsul ölkələrindən biri olan Moldova Rusiyanın Ukraynaya təcavüzündən qaçan yüz minlərlə insan üçün çıxış yoluna çevrilib. Hökumət və xüsusən də Moldova cəmiyyəti qonşularına kömək etmək üçün ön sıralardadır.

Əksəriyyəti qadın və uşaq olan yüz minlərlə qaçqın artıq Moldova hökumətinin ölkə boyu qurduğu obyektlərdən keçib. Onların əksəriyyəti Rumıniya və ya Almaniyaya keçməzdən əvvəl bir neçə gün burada qalırlar.

“İndi bu, daha çox uşaqlı qadınlar, yaşlı və xüsusi qayğıya ehtiyacı olan insanlar üçündür. Biz onlara hər cür yardım, sosial yardım, tibbi yardım, psixoloji yardım təklif edirik” - deyə, Kişinyov Şəhər Meri İon Çeban bildirib.

Moldova hakimiyyəti deyir ki, hazırda Moldovada hər beş nəfərə Ukraynadan bir qaçqın düşür. Qaçqınlar özləri ilə bacardıqlarını gətirirlər. Könüllülər onların çətin və travmatik vəziyyətlərdən gəldiklərini deyirlər.

“Onlar çox pis vəziyyətdə gəliblər. Onların çoxu uzun yol qət edib, hər şeyi görüblər, küçələrdə meyitlər, bombalanmış evləri. Onlar ölümü görüblər” - deyə, könüllü Karina Saxaryeva bildirib.

Moldova hökuməti qaçqınlara kömək etmək üçün səylərə başlayıb, lakin ölkənin vətəndaş cəmiyyəti də bu böhranın öhdəsindən gəlmək üçün təşəbbüs göstərir.

1993-cü ildə ruslara qarşı döyüşən Moldova əsgəri Qreqori kimi insanlar Kişinyovun kənarındakı evində altı ailəni qarşılamağa gəlib. O, indi bombaların ən çox vurduğu şəhərlərdən biri olan Xarkivdan hər biri bir çamadanla qaçan iki qadına, ana və qızına sığınacaq verir.

XS
SM
MD
LG