Accessibility links

Hüquq müdafiə qrupu: Urmiyə həbsxanasının “təhlükəsizlik bölməsi”ndə saxlanılan məhbusların vəziyyəti yaxşı deyil


Urmiyə Mərkəzi Həbsxanası
Urmiyə Mərkəzi Həbsxanası

Hüquq müdafiəçiləri Urmiyə Mərkəzi Həbsxanasının yeni açılmış “təhlükəsizlik bölməsində” saxlanılan məhbusların təzyiq və zorakılığa məruz qaldıqlarını bildirir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, təhlükəsizlik bölməsində saxlanılan siyasi məhbuslar bərbad gigeyenik vəziyyət və görüşlərin məhdudlaşdırılmasından əziyyət çəkirlər. Agentlik həmçinin həbsxana nəzarətçiləri tərəfindən məhbuslara qarşı zorakılıq hallarının artdığını qeyd edib.

“Təqribən 50 məhbusun saxlanıldığı bölmənin kondisioneri uyğun deyil. Məhbusların ailələri ilə görüşüləri məhdudlaşdırılıb və ağır təhlükəsizlik tədbirləri altında həyata keçirilir. Həbsxana nəzarətçilərinin yeni bölmədə saxlanılanlara qarşı zorakı davranışları çoxalıb. Nəzarətçilər ən kiçik etiraza reaksiya göstərir, etiraz edən məhbusla sərt davranırlar,” həbsxana daxilindən bir mənbə agentliyə bildirib.

Təbrizli hüquqşünas Musa Bərzin daha əvvəl Amerikanın Səsinə verdiyi müsahibədə təhlükəsizlik ittihamları ilə əlaqədar mühakimə edilən müttəhimlərin mühakimə prosesində də bir çox təzyiq və qanunsuzluqlara məruz qalıqlarını ifadə edib.

XS
SM
MD
LG