Accessibility links

İctimai fəal sərbəst buraxılıb


Ictimai fəal, meclis.info platformasının təsisçisi İmran Əliyev 20 saat saxlanıldıqdan sonra bu gün səhər saatlarında sərbəst buraxılıb. O dünən, martın 29-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Bu barədə Amerikanın Səsinə vəkil Zibeydə Sadıqova bildirib.

Vəkilin sözlərinə görə, İmran Əliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Vəkil Əliyevin saxlanılmasının detalları ilə bağlı məlumatlı olmadığını bildirib.

İmran Əliyevin özü isə hələ saxlanılmasının səbəbləri ilə bağlı məlumat verməyib. Onun telefonu söndürülüb.

Bununla yanaşı, rəsmi qurumlardan fəalın saxlanılmasının səbəbləri ilə bağlı məlumat almaq hələ mümkün olmayıb.

Meclis.info saytı Azərbaycan ictimaiyyətini və vətəndaşları parlamentdə müzakirə edilən qanun layihələri, ayrı-ayrı partiya və millət vəkillərinin qanunlarla bağlı yanaşmaları ilə tanış etməyi, millət vəkillərinin parlamentin iş prosesində aktivliyini və seçiciləri ilə təmasını monitorinq etməyi hədəfləyir. Burada əsas məqsəd parlamentin fəaliyyətində ictimai iştirakçılığı artırmaq, qanunvericilik prosesi ilə bağlı daha hesabatlı və şəffaf fəaliyyət göstərilməsinə töhfə verməkdir,” saytın təsisçisi bildirib.

Meclis.info saytında Milli Məclisin tərkibi, deputatlar, komitələr, parlametdə təmsil olunaun siyasi partiyalar, qanun layihələri, parlamentdə müzakirələr, deputaların fikirləri əks olunub.

XS
SM
MD
LG