Accessibility links

İran rəsmisi: Təbrizdə türkcə teatr festivalı İranın mədəni diplomatiyasında təsirli ola bilər


"Paşa" tamaşasından bir səhnə - Avqust 2017, Təbriz
"Paşa" tamaşasından bir səhnə - Avqust 2017, Təbriz

İran Mədəniyyət Nazirliyinin ifa sənətləri baş idarəsinin rəisi Kazım Nəzəri “Təbrizdə türk dilində və İran mərkəzli bir teatr festivalının keçirilməsinin ölkənin mədəniyyət diplomatiyasında təsirli olacağını” ifadə edib.

Rəsmi dövlət agetnliyi İRNA-ya istinadən, Kazım Nəzəri bu sözləri Təbrizdə Şərqi Azərbaycan mədəniyyət baş idarəsinin rəisi Seyyid Qasım Nazimi ilə görüşdə dilə gətirib.

Agentliyin xəbərinə görə, Nazimi görüşdə türk dilində teatr festivalı keçirmək üçün nazirliyin dəstəyini xahiş edib.

“Təbrizin qonşu ölkələr arasındakı mövqeyi və İranın şimal-qərb bölgəsindəki önəminə baxdığımızda, Şərqi Azərbaycan vilayətində türkcə teatr festivalı keçirmək üçün potensial var. Mədəniyyət Nazirliyi və vilayətdə teatr sənətində çalışanlardan bu festival üçün dəstək istəyirik,” Şərqi Azərbaycan mədəniyyət idarəsinin rəisi söyləyib.

Nazimi teatr sənətinin Şərqi Azərbaycanda “gücləndiyini və qazanc gətirməyə başladığını” qeyd edib.

İran Azərbaycanında teatr sahəsində fəaliyyət göstərən sənətkarlar bir neçə ildir Təbrizdə türkcə teatr festivalının keçirilməsinə tələb edirlər.

XS
SM
MD
LG