Accessibility links

“Hər günüm, hər saatım təhlükəlidir” - Almaniyadan readmissiya olunan fəal


Samir Aşurov: "Hər günüm, hər saatım təhlükəlidir"
please wait

No media source currently available

0:00 0:03:19 0:00

Samir Aşurov: "Hər günüm, hər saatım təhlükəlidir"

Martın 29-da Almaniyadan readmissiya olunan otuz səkkiz nəfər Azərbaycan vətəndaşı arasında siyasi fəal Samir Aşurov da var.

Aşurov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Almaniya hökuməti yuxarı məhkəmə instansiyasının qərarı gəlmədən onu ölkədən deportasiya edib.

“Aşağı məhkəmə instansiyasının qərarında göstərirlər ki, mənim siyasi fəal olduğumu təsdiq edirlər. Amma, vacib siyasi şəxs olduğumu məqsədəuyğun saymırlar. Məhkəmə qərarında yazılıb ki, mən Azərbaycanın hansısa bir bölgəsində yaşaya bilərəm. Məhkəmə təsdiq edib ki, mənim Azərbaycanda yaşamağım üçün hər hansı təhlükə mövcud deyil.”

Samir Aşurov Azərbaycanı 2018-cu ildə iki dəfə inzibati həbsə məhkum edildikdən sonra tərk edib. O ölkəni tərk edərkən REAL Hərəkatının üzvü olub.

Aşurov Almaniyadan deportasiya olunmasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı olduğunu güman edir.

“Deportasiya olunmağımın əsl səbəbi Rusiya-Ukrayna müharibəsidir. Çünki, Avropa Birliyi ölkələrinin mühacir qəbulu 3,5 milyon nəfərdir. Hazırda həmin limit dolub və Avropa İttifaqı ölkələri bu səbəbdən digər insaları, yəni təkcə Azərbaycan vətəndaşlarını deyil, digər ölkələrin vətəndaşlarını da deportasiya etmək qərarı verib.”

O bildirib ki, Azərbaycana çatan kimi hava limanıda iki şəxs (biri mülki formada idi, digəri rütbəli şəxs idi) ondan ölkəni hansı səbəbdən tərk etdiyini soruşub.

“Mən Azərbaycanda siyasi təqiblərlə üzləşdiyimi dedim. İki dəfə şərlənərək həbs olunmağımı nəzərlərinə çatdırdım. Onlara bildirdim ki, hakimiyyətin qurbanlarından biri də mən olacam. Necə ki, məndən əvvəl dörd nəfər siyasi fəal, - Malik Rzayev, Mütəlim Orucov, Pünhan Kərimli və Cəfər Mirzəyev həbs olunub. Mən Almaniyada məhkəmədə də bunları dedim. Həmçinin bildirdim ki, mühacirətə gəlməmişdən öncə siyasi fəaliyyətimlə əlaqədar olaraq iki dəfə, 30 və 60 sutka inzibati qaydada həbs olunmuşam. Bu rejim məni yenə saxta ittihamla həbs edəcək.”

Fəal bəyan edib ki, Azərbaycanda hər saatı, hər günü onun üçün təhlükədir.

“Məni hər an həbs edə bilərlər. Xatırladım ki, dünən həyat yoldaşımın bacısına zəng edib bizim ailə haqqında soruşublar. Bu gün atama zəng ediblər. Sonra mənə zəng edib aprelin 1-də Baş Prokurorluqda olmağımı istədilər. Məni saxta və qondarma ittiham gözləyir.”

Hüquq müdafiəçisi Zəfər Əhmədov deyib ki, readmissiya olunan siyasi fəalların taleyi narahatlıq yaradır. Çünki bundan öncə dörd siyasi fəal həbs edilib.

“Doğrudur, Azərbaycanın hüquq mühafizə orqanları həmin fəalların konkret cinayət əməlinə görə həbs edildiyini bildirir. Digər tərəfdən dörd siyasi fəalın hamısı narkotik itthamı ilə günahlandırılır. Bu təsadüf ola bilməz.”

Hüquq müdafiəçisi readmissiya olunan insanların ölkədə taleyinin narahatlıq doğurması ilə bağlı Avropa İttifaqının ölkədəki nümayəndəliyi və Avropa İttifaqına daxil olan ölkələrin səfirlikləri qarşısında məsələ qaldırıldığını deyib.

Almaniyanın Azərbaycandakı Səfirliyi siyasi fəalın taleyi ilə bağlı Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, məsələ səfirliyin diqqətindədir.

“Biz bu kimi hadisələrin gedişatını diqqətlə izləyirik. Azərbaycan hökuməti ilə insan haqları məsələləri ilə bağlı müntəzəm olaraq əlaqə saxlayırıq,” Almaniyanın Azərbaycandakı Səfirliyi qeyd edib.

Qeyd edək ki, rəsmi Bakı bir qayda olaraq insanalrın siyasi əqidəsində görə təqib edilmədiyini bildirir.

2021-ci ildə Avropadan 420 nəfər Azərbaycan vətəndaşı readmissiya edlib. Avropa İttifaqı ilə sazişin imzalandığı vaxtdan, 2014-cü ildən 2013 nəfər ölkəyə qaytarılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG