Accessibility links

Əfqanıstanda narkotiklər qadağan edildi


Taliban dünyanın ən böyük tiryək istehsalçısı olan və qlobal istehsalın 85 faizini təşkil edən Əfqanıstanda tiryək və xaşxaş da daxil olmaqla, narkotik vasitələrin əkinini qadağan edib.

Bazar günü hakim islamçı qrupun ali lideri Heybətullah Axundzadənin verdiyi fərman bütün digər narkotiklərin istehsalı, istifadəsi, daşınması, ticarəti, ixracı və idxalını yasaqlayır.

Taliban Daxili İşlər Nazirliyinin Kabildə keçirilən mətbuat konfransında verdiyi əmrə əsasən, “fərmanı pozanların məhsulları dərhal məhv ediləcək və onu pozan şəxs şəriət qanunlarına uyğun mühakimə ediləcək”.

Sərt qrup ABŞ və NATO-nun başçılıq etdiyi xarici qoşunların avqust ayında Əfqanıstanı tərk etməsindən bir neçə gün əvvəl Qərbin dəstəklədiyi hökumətdən hakimiyyəti ələ keçirib. O vaxtdan bəri Taliban narkotiklərin istehsalı və qanunsuz dövriyyəsi ilə mübarizə məqsədi ilə qonşu və regional ölkələrin təzyiqi altındadır.

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətlər üzrə İdarəsinin (UNODC) noyabr ayında açıqladığı hesabata görə, Əfqanıstanda tiryək yığımı 2021-ci ildə keçən illə müqayisədə 8 faiz artaraq 6,8 min tona çatıb.

Hesabatda xəbərdarlıq edilib ki, qaçaqmalçılıq yolu ilə gətirilən təxminən 320 ton saf heroin hasilatı dünya bazarlarında yayılmasına səbəb ola bilər.

UNODC hesabatında Əfqanıstanda 2021-ci ildə əfqan opiatlarından əldə edilən gəlirin Əfqanıstan daxilində 1,8-2,7 milyard dollar təşkil etdiyini, lakin ölkədən kənarda narkotiklərin qeyri-qanuni tədarük zəncirlərində daha böyük gəlirlərin əldə olunduğunu təxmin edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG