Accessibility links

İspaniyadan könüllülər Ukrayna-Polşa sərhədində ukraynalı qaçqınlara yardım edir


İspaniyadan könüllülər Ukrayna-Polşa sərhədində ukraynalı qaçqınlara yardım edir
please wait

No media source currently available

0:00 0:02:02 0:00

İspaniyadan könüllülər Ukrayna-Polşa sərhədində ukraynalı qaçqınlara yardım edir

Polşanın Medıka bölgəsi müharibədən qaçan insanların ən sıx keçdiyi sərhəd məntəqələrindən biridir. Hər gün qaçqınlar sərhədi könüllülərin köməyi ilə keçirlər.

Minlərlə beynəlxalq könüllü sərhədi keçərək müvəqqəti düşərgələrdə gözləyən ukraynalı qaçqınlara digər şəhərlərə getməzdən əvvəl yardım üçün Polşaya səfər edib. Əslən Barselonadan olan 19 yaşlı Xavier Gilbert bibisi ilə İspaniyadan Polşaya avtomobillə gedib. Medıkada İnstaqramdan istifadə edərək topladıqları ləvazimatları paylayır.

“Ailə, dostlar bizə paltar verdilər, pul göndərənlər var”.

O, İspaniyaya və ya Avropanın başqa bir yerinə getmək istəyən qaçqınlara nəqliyyat tapmaqla kömək edir.

"Bu, Fransa, Almaniya ola bilər."

Xavier kimi könüllülər sosial mediadan Polşadakı ukraynalı qaçqınlara vəsait toplamaq üçün istifadə edən yeganə şəxslər deyil. Qaçqınların üzləşdiyi həssaslıq vəziyyətindən narahat olan bu ispan universitet tələbələri onlayn təşəbbüs yaratmaq qərarına gəlib və Ukrayna-Polşa sərhəddinə gedərək ailələrə yemək və içkilər gətirib.

"Ailələrin heç bir şey olmadan, çantalarla necə gəldiyini və anaların uşaqlarını xoşbəxt etmək üçün hər şeyi necə etdiyini görmək bizə çox təsir etdi" - deyə, Luiz Argeliç bildirib.

Könüllülər Instagram vasitəsilə əldə etdikləri ianələrlə Medıkaya gələn qaçqınlara dəstək verməklə yanaşı, İspaniyaya mühacirət edənlərə də kömək etməyə çalışır...

Ailələr üçün nəqliyyat, Barselonada mənzillər əldə etmək...

Könüllülər onlara yemək və telefon əldə etməkdən tutmuş nəqliyyatın təşkilinə və suallara cavaba qədər Ukrayna-Polşa sərhədini keçən qaçqınların həyatını az da olsa, asanlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG