Accessibility links

ABŞ Senatı 10 milyard dollarlıq COVID paketi ilə bağlı razılıq əldə edib


ABŞ Senatı COVID-10-a qarşı mübarizə üçün azaldılmış 10 milyard dollarlıq paketlə bağlı razılığa gəlib. Demokrat və Respublikaçı müzakirəçilər xarici ölkələrə pandemiya ilə mübarizəyə maliyyəni azaldıb.

Demokratlar Partiyasından olan Senat çoxluğunun lideri Çak Şumer razılaşmanın hökumətə xəstəliklə mübarizəni davam etdirmək üçün "lazım olan alətləri" verəcəyini deyib. Yuta ştatından olan Respublikaçı senator Mitt Romni büdcə qənaətinin "Amerika xalqına əlavə dollara başa gəlməyəcəyini" bildirib.

Şumer və Romni tərəfindən yayılan fakt vərəqlərinə görə, tədbirin ən azı yarısı xəstəliyin müalicəsi üçün terapevtiklərin tədqiqi və istehsalı üçün istifadə edilməlidir. Pul peyvənd və testlərin alınmasına da sərf olunacaq.

Ən azı 750 milyon dollardan yeni COVID-19 variantlarını araşdırmaq və peyvənd istehsalını genişləndirmək üçün istifadə ediləcək.

Razılaşma qanunvericilər iki həftəlik yaz tətilinə getməzdən əvvəl, bu həftə qanunvericiliyi Konqresdən keçirməyə ümidi ilə əldə edilib. Bu həm də ABŞ-da artıma səbəb olacağı gözlənilən yeni omikron variantı olan BA.2-yə təsadüf edir.

Təxminən 980000 amerikalı və dünyada 6 milyondan çox insan COVID-19-dan həyatını itirib.

Şumer Respublikaçı Partiyanı qlobal yardımın olmamasında günahlandıraraq, "Respublikaçı həmkarlarımızın tədbirin əvvəlki versiyasından 5 milyard dolları daxil etməyə razı ola bilməməsindən məyus olduğunu" deyib. O, hər iki tərəfin üzvlərinin bu yaz ikinci bir xərc tədbiri hazırlamaq istədiklərini, buna COVID-19 və xaricdə aclıqla mübarizə üçün vəsait və Rusiyanın işğalı ilə mübarizəni davam etdirən Ukraynaya daha çox yardım daxil etmək istədiklərini bildirib.

Romni gələcək COVID-19 vəsaitinin nəzərdən keçirmək üçün açıq olmağı təklif edib.

"Bu saziş ABŞ-ın qlobal peyvənd proqramı üçün maliyyə vəsaitini əhatə etməsə də, mən qarşıdakı həftələrdə qlobal səyləri dəstəkləmək üçün maliyyə cəhətdən məsuliyyətli bir həll yolu araşdırmaq istərdim" - deyə, bildirib.

Razılaşma prezident Co Baydenin əvvəlcə tələb etdiyi 22,5 milyard dollardan və hər iki partiyanın liderlərinin keçən ay danışıqlar apardığı 15 milyard dollarlıq versiyadan çox azdır.

Nümayəndələr Palatasının spiker Nensi Pelosi Demokrat millət vəkillərinin paketin ödənilməsinə kömək etmək üçün dövlət pandemiya yardımında təklif olunan ixtisarları rədd etdikdən sonra bu plandan imtina edib.

15 milyard dollarlıq plana bir çox ölkədə, xüsusən də yoxsul ölkələrdə geniş yayılmış COVID-19 ilə mübarizədə qlobal səylər üçün təxminən 5 milyard dollar daxil idi.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG