Accessibility links

Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Ukraynada mülki insanların öldürülməsinin "soyqırım” kimi tanınmasını istəyir


Ukrein

Azərbaycanda təsis edilən Demokratiya Naminə Ukraynaya Dəstək Platforması BMT Baş Assambleyasına, Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına müraciət edərək Rusiya qoşunları tərəfindən işğal olunmuş Ukrayna ərazisində mülki şəxslərin kütləvi qətlini soyqırım kimi tanımağa çağırıb.

Sənəddə deyilir ki, Rusiya ordusunun işğal olunmuş Ukrayna torpaqlarından qovulması çoxsaylı cinayətləri üzə çıxarıb.

“Aralarında qadınlar və uşaqlar da olmaqla, dinc sakinlər əlləri bağlanaraq gülləbaran edilmişlər. Bütöv ailələr qətlə yetirilib. Rusiya ordusunun Kyiv vilayətinin Buça şəhərində törətdiyi soyqırım Serbiyanın Srebrenitsada törətdiyi soyqırımın daha ağır formada təkrar olunmasıdır. Putin Rusiyasının Ukraynaya təcavüzü başladığı andan hərbi cinayətkardır. Buça, İrpin, Mariupol və digər şəhərlərdə üzə çıxan danılmaz dəlillər sübut edir ki, Ukraynanın işğal olunmuş rayonlarının dinc əhalisi Rusiya qoşunları tərəfindən məqsədyönlü şəkildə məhv edilib.”

Platforma hesab edir ki, 2022-ci il fevralın 24-dən başlayaraq Ukrayna ərazisində baş verənlər BMT-nin tərifinə görə, Ukrayna xalqının soyqırımıdır.

“Putin Rusiyasının bu cinayəti yalnız Ukraynaya qarşı deyil, insanlığa qarşıdır. Ukrayna xalqının soyqırımında iştirak edən hər bir şəxs – birbaşa iştirakçılar və ali baş komandan daxil olmaqla – beynəlxalq məhkəmə tərəfindən müəyyən edilməli və məsuliyyətə cəlb edilməlidir,” sənəddə qeyd edilir.

Demokratiya Naminə Ukraynaya Dəstək Platforması bu il fevralın 1-də təsis edilib. Platforma heç bir siyasi partiya və ictimai birliyi təmsil etməyən vətəndaş təşəbbüsüdür. Platformaya siyasətçilər, politoloqlar, jurnalistlər, ziyalıların nümayəndələri - Xaqani Cəfərli, Tural Ağayev, Asif Yuisfli, Sevinc Vaqifqızı, Adil Qeybulla, Tatyana Kryuçkina, Seymur Həzi və Əbülfəz Qurbanlı daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Çin Tayvanı ilhaqı ilə bağlı hədəsini təkrarlayır
please wait

No media source currently available

0:00 0:11:34 0:00
XS
SM
MD
LG