Accessibility links

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar elan edir


Ukraynada mümkün müharibə cinayətləri ilə bağlı dəhşətli xəbərlər yayılmaqda davam etdiyi üçün Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edən ABŞ-a qoşulacağı gözlənilir. Lakin bəzi Avropa İttifaqı üzvləri də olmqla, tənqidçilər tədbirləri qeyri-kafi adlandırıb.

Avropa İttifaqının Rusiyanın Ukraynaya təcavüzündən sonra yeni, beşinci raund sanksiyalarının Rusiyanın daş kömür, gəmiçilik və ən böyük kreditoru Sverbank da daxil olmaqla, bank sektorlarını hədəf alacağı gözlənilir.

Ukrayna prezidenti Volodimir Zelenski İrlandiya parlamentinə video-müraciətində Rusiyanın enerji idxalına qadağa qoyulması üçün daha ağır tədbirlər görmədiyi üçün Avropa İttifaqını qətiyyətsiz adlandırıb.

Aprelin 1-dən etibarən Rusiyanın təbii qaz idxalını dayandıran Baltikyanı ölkələr də daxil olmaqla, Aİ daxilində enerji qadağalarının sərtləşdirilməsinə çağırışlar da artıb. Buraya çərşənbə günü Avropa Parlamentində çıxış edən Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel də daxildir.

“Xanımlar və cənablar! “Mən hesab edirəm ki, neft və hətta qazla bağlı tədbirlərə də gec-tez ehtiyac olacaq”.

Eyni mesajı Avropa İttifaqının xarici siyasət komissarı Cosep Borrell də göndərib. O, müharibə başlayandan bəri Avropa İttifaqının Ukraynaya təxminən 1 milyard dollarlıq silah və sursatla müqayisədə Rusiya prezidenti Vladimir Putinə enerji idxalına görə 35 milyard dollardan çox pul ödədiyini deyib.

27 üzvü olan blok ilin sonuna qədər Rusiya qazının idxalını üçdə iki azaltmağı və bu onillikdə Moskvadan enerji idxalını tamamilə dayandırmağı öhdəsinə götürüb. Lakin Rusiyanın neft və qazından çox istifadə edən Almaniya kimi ölkələr enerjinin dərhal və tam qadağasının iqtisadi zərbəsindən narahatdırlar.

Bazar günü növbəti dəfə prezidentlik müddətində qalib gələn və Rusiya ilə əlaqələri inkişaf etdirən Macarıstan lideri Viktor Orban da daha sərt sanksiyalara qarşı çıxıb.

Avropa İttifaqının Rusiya nefti və qazına sanksiyalara, eləcə də Qərbin silahlarının Macarıstan ərazisindən Ukraynaya daşınmasına qarşı olan Baş nazir Viktor Orban aprelin 6-da jurnalistlərə deyib ki, o, Rusiya prezidenti Vladimir Putinlə lazım gələrsə Macarıstanın qaz nəqli üçün Rusiyaya ödənişi publla edəcəyi barədə razılığa gəlib.

Rusiyanın Ukraynaya əsassız müdaxiləsi səbəbindən Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq, Putin Avropaya qaz tədarükünün rublla ödəməli olduğunu, əks halda tədarükün kəsilməsi ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

Avropa İttifaqı Rusiyanın tələbinə tabe olmayacağını bildirib. Belə ki, ödəniş avro ilə razılaşdırıldığı üçün bu, müqavilənin pozulması deməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG