Accessibility links

Rasim Musabəyov: Rusiyaya qarşı sanksiyalar Azərbaycan üçün imkanlar yaradacaq


Rasim Musabəyov
Rasim Musabəyov

Rusiyaya qarşı beynəlxalq sanksiyalar son günlər daha çox müzakirə edilən məsələlərdəndir. Qərb hesab edir ki, yeni sanksiyaların təsiri əvvəlkilərindən fərqli və sərt olacaq. Çərşənbə axşamı Birləşmiş Ştatlar və onun Qərb müttəfiqləri Amerikanın sərmayələrini qadağan etmək, ölkənin ən böyük maliyyə qurumlarını tamamilə bloklamaq və Prezident Vladimir Putinin yetkinlik yaşına çatmış uşaqlarının əlində olan aktivləri hədəf almaqla, Rusiyaya qarşı "yeni, sərt və təcili iqtisadi sanksiyalar" tətbiq etdiklərini bildirib.

Azərbaycanda ekspertlər hesab edir ki, iqtisadi sanksiyalar digər dövlətlərə də təsirsiz ötüşməyəcək. Azərbaycanın yerli ekspertləri hesab edir ki, bu sanksiyalar bank sektorunda problemlər yaradacaq.

Rəsmi Bakı bu sanksiyalara hələ münasibət bildirməyib. Amma Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov Amerikanın Səsinə deyir ki, Rusiyaya edilən sanksiyalar bölgəyə və Rusiya ilə həmsərhəd olan ölkələrə təsirlərini göstərəcək.

please wait

No media source currently available

0:00 0:03:13 0:00

“Mənfi təsirlərlə yanaşı müəyyən imkanlar da yaranır. Mənfi təsir ondan ibarətdir ki, bizim Rusiya ilə dövriyyəmiz Rusiyanın xeyrinə idi. Biz təxminən 600 milyon dollarlıq mal ixrac edirdik Rusiya bazarına, idxalımız təxminən 2 milyarda yaxın idi. İndiki halda bu kəsiri örtmək üçün biz valyuta ehtiyatlarımizdan istifadə edirik. İndi hansı şəkildə onu bağlayacayıq. İndi bizim Rusiya bazarından olduqca vacib qida məhsulları alınırdı. Nə dərəcədə onları idxal etmək mümkün olacaq - çətindir bu suala cavab vermək. Rusiyanın sanksiya altında qalması bank əməliyyatlarını xeyli məhdudlaşdıracaq. Rusiyada iqtisadi cəhətdən geriləmələr olduğu halda orada işləyən azərbaycanlıların ailələrinə pul göndərməsi çətinləşəcək.

Deputat həmçinin qeyd edir ki, bu sərt sanksiyalar Azərbaycan üçün imkanlar da yaradacaq.

“İmkanlar ondan ibarətdir ki, Rusiyadan keçən komunikassiyalar məhdudlaşdırılıb. Baltik ölkələrdən Polşa ümumiyyətlə bütün sərhədi Rusiya üçün bağlamaq niyyətindədir. Ukraynanın da müharibəyə görə sərhədi bağlıdır. Belə olan halda əvvəllər Rusiya ərazisindən və Ukrayna, Belarusdan keçərək Çin, Mərkəzi Asiya ölkələri Avropa ticarət həyata keçirilirdisə, indi dövriyyə daha çox Azərbaycanın Bakı-Tbilisi-Qars və bizim indi işlədiyimiz Zəngəzur dəhlizindən keçərək Türkiyə ilə həyata keçiriləcək. Bizim nəqliyyat əhəmiyyətimiz xeyli artacaq. Azərbaycanın həm Cənub Qaz dəhlizi, həm Bakı-Tbilisi Ceyhan neft kəməri xeyli bu məsələlərdə yüklənəcək. Qazax neftinin, hesablanır ki, böyük bir hissəsi Novorissiysklə yox, Azərbaycan vasitəsilə bazarlara çıxarılacaq, böyük ehtimalla bizim kəmərlərin ötürmə qabiliyyətini xeyli artırmaq nəzərdə tutulub. Bunlar da həyata keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG