Accessibility links

Fransada prezident seçkilərinin ilk turu keçirilir


Bazar günü Fransada 48 milyona qədər seçicinin 12 namizəd arasından seçim edəcəyi prezident seçkilərinin birinci turu üçün səsvermə keçirilir.

Prezident Emmanuel Makron ifrat sağçıların güclü etirazı ilə ikinci beşillik müddətə seçilmək istəyir.

Seçki məntəqələri səhər saat 8-də açılıb, 19:00-da bağlanır.

Kimsə ümummilli səslərin yarıdan çoxunu toplamasa, aprelin 24-də ən yaxşı iki namizəd arasında ikinci və həlledici tur keçiriləcək.

Makrondan başqa ifrat sağçı namizəd Marin Le Pen və ifrat solçuJan-Lük Melenşon prezidentlik uğrunda mübarizə aparan tanınmış simalar arasındadır.

Siyasi mərkəzçi Makron aylarca Fransanın 20 il sonra ikinci müddətə qalib gələn ilk prezidenti hesab edilirdi. Lakin inflyasiya, ərzaq və enerji qiymətlərinin ağrıları bir çox aztəminatlı ailələr üçün onun dominantlığını azaldıb.

Buna görə bir çoc seçici Makronun siyasi düşməni olan ifrat sağçı lider Marin Le Peni dəstəkləyə bilər.

Makron 2017-ci ildə Fransanın ən gənc prezidenti olaraq Le Peni böyük fərqlə məğlub etmişdi.

Bu seçki Fransanın müharibədən sonrakı kimliyini yenidən formalaşdırmaq və Avropa populizminin yüksəliş və ya tənəzzüldə olduğunu göstərmək potensialına malikdir.

Makron qalib gəlsə, bu, Avropa İttifaqının qələbəsi kimi qiymətləndiriləcək. Müşahidəçilər deyir ki, Makronun yenidən seçilməsi Avropanın təhlükəsizliyi və müdafiəsi sahəsində əməkdaşlığın və sərmayənin artırılması üçün real imkanlar yaradacaq – xüsusən də yeni Aİ-yönlü Almaniya hökuməti ilə.

Fransa 27 üzvlü blokun ikinci iqtisadiyyatıdır, BMT-nin Təhlükəsizlik Şurasında veto hüququ və yeganə nüvə gücünə malik yeganə ölkədir.

Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibəni davam etdirərkən, Fransanın gücü Avropanın reaksiyasını formalaşdırmağa yardım edəcək.

Rusiyanın Ukraynadakı müharibəsi Makrona beynəlxalq səhnədə öz təsirini nümayiş etdirmək və seçki debatlarında NATO-ya meylli etimadnaməsini yandırmaq şansı verib.

Makron alyansı dəstəkləyən yeganə namizəddir, digər namizədlər isə Fransanın bu ittifaqdakı rolu ilə bağlı fərqli fikirlərə malikdirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG