Accessibility links

Bayden Hindistanın baş naziri ilə virtual görüş keçirəcək


Prezident Co Bayden bazar ertəsi günü Hindistanın baş naziri Narendra Modi ilə virtual görüş keçirəcək.

Ağ Ev bunu ABŞ-ın Hindistandan Rusiya enerji idxalında artım görmək istəmədiyini açıq şəkildə bildirdiyi bir vaxtda bildirib. Mətbuat katibi Cen Psaki bazar günü verdiyi açıqlamada Prezident Baydenin Rusiyanın Ukraynaya qarşı amansız müharibəsinin nəticələri və onun qlobal ərzaq təchizatı və əmtəə bazarlarına sabitliyi pozan təsirinin yumşaldılması ilə bağlı yaxın məsləhətləşmələrimizi davam etdirəcəyini deyib.

Bu yaxınlarda Hindistana səfər etmiş ABŞ-ın Beynəlxalq İqtisadiyyat üzrə Milli Təhlükəsizlik Müşavirinin müavini Dalip Sinq bildirib ki, ABŞ Rusiyadan enerji idxalında Hindistan üçün heç bir “qırmızı xətt” qoymayacaq, lakin satınalmalarda “sürətlənmə” görmək istəmir.

Qərbin Rusiya qurumlarına tətbiq etdiyi sanksiyalardan sonra kəskin endirimlərə aldanan Hindistan fevralın sonunda ölkənin Ukraynanı işğal etməsindən bəri ən azı 13 milyon barel Rusiya xam nefti alıb.

Reuters-in məlumatına görə, Hindistan keçən il ərzində təxminən 16 milyon barel xam neft almışdı.

Bayden daha əvvəl demişdi ki, dördlü ölkələr qrupundan yalnız Hindistan Ukraynaya təcavüzü ilə bağlı Rusiyaya qarşı hərəkətdə "bir qədər çaşqındır".

Cənubi Asiya ölkəsi Rusiya və Qərblə əlaqələrini tarazlamağa çalışsa da, dördlüyün digər üzvlərindən - ABŞ, Yaponiya və Avstraliyadan fərqli olaraq, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG