Accessibility links

Azərbaycan Tsxinvalidə keçirilən seçkiləri tanımır


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilən seçkiləri tanımadığını bilıdirib.

"Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 10 aprel 2022-ci il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır.
Azərbaycan Xarici İşlər Nazirliyi Tsxinvali məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir," nazirliyin açıqlamasında deyilir.

Tsixinvali bölgəsi keçmiş SSRİ zamanında Gürcüstanın tərkibində Cənubi Osetiya Muxtar Vilayəti olub. SSRİ dağıldıqdan sonra Gürcüstanın tərkibində olmaqdan imtina edib. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiya Cənubi Osetiyanı tanıyıb. Beynəlxalq Birlik isə Cənubi Osetiyanı Gürcüstanın tərkib hissəsi kimi tanıyır. 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən əvvəl Cənubi Osetiyanın 30 minədək əhalisi olub.

XS
SM
MD
LG