Bu gün, aprelin 13-də ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger və Azərbaycanın təhsil naziri Emin Əmrullayev iki ölkə arasında təhsil əlaqələrinin gücləndirilməsi yollarını müzakirə etmək məqsədilə görüş keçirib.
“Müəllimlər və tələbələr üçün daha çox proqram dəstəkləməyə, iki ölkənin məktəb və universitetləri arasında tərəfdaşlığın sayını artırmağa və azərbaycanlı tələbələrə ABŞ-də yeni təhsil imkanları təklif etməyə ümid edirik,” ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında deyilir.
Təhsil Nazirliyi isə bildirir ki, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.