Accessibility links

Müsavat Partiyasının fəalları Ukrayna səfirliyi önündə dəstək askiyası keçirib


Aprelin 17-də Müsavat Partiyasının bir qrup fəalı Ukraynanın Bakıdakı səfirliyinin binası önündə bu ölkəyə dəstək aksiyası keçirib.

Müsavat Partiyasının məlumatına görə, aksiya iştirakçıları Rusiya işğalçıları ilə mübarizədə Ukrayna ordusuna uğur arzulayıb, bunun bütün azadlıqsevər xalqların qələbəsi olacağını ifadə edib.

Aksiya iştirakçıları uca səslə “Rus işğalına son!”, “Yaşasın Ukrayna xalqı!”, “Yaşasın Ukrayna xalqının demokratik yolla seçilmiş prezidenti Zelenski!”, “Qələbə yaxındadır Ukrayna!”, “Azərbaycan sizinlədir, Ukrayna xalqı!”, “Putin qatildir!” şüarları deyib.

Daha sonra Müsavat Partiyasının fəalları səfirliyin binası önündə Ukraynada həlak olan insanların xatirəsinə qurulmuş lövhənin önünə çiçək dəstələri qoyub.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG