Accessibility links

Lalə Babayeva: Mariupolda Rusiya bombaları insanları külə döndərir


Lala Babayeva
Lala Babayeva

Lalə Babayeva Ukrayna vətəndaşıdır, son 14 ildə Mariupol şəhərində yaşayıb. O, iki uşağı ilə birgə bu günlərdə Bakıya gəlib. Rusiya qoşunlarının şəhərə hücumu zamanı həftələrlə zirzəmidə keçinib. Babayeva Mariupolu tərk edərkən birinci olaraq Berdyansk şəhərinə gedib və orada bombardmana düşüb. Sonra yenidən Mariupola qayıdıb. Daha sonra uşaqları ilə birgə Odesaya gedib. “Odesa Azərbaycanlıları Birlik" Diaspor Təşkilatı ailənin Ukraynadan çıxaraq Bakıya gəlməsinə kömək edib.

Lalə Babayeva: Mariupolda Rusiya bombaları insanları külə döndərir
please wait

No media source currently available

0:00 0:04:47 0:00

Amerikanın Səsi: Siz müharibə dövründə Mariupolda yaşayıbsınız və sonra oranı tərk edibsiniz? Oradakı durumu necə xarakterizə edərdiniz?

Orada insanlar acdır, su, elektrik, qaz yoxdur.

Lalə Babayeva: Mariupolda vəziyyət həddindən artıq pisdir. Orada çox çətin anlar yaşanır. Yəni yemək yoxdur, mağazinlər bağlıdır. Orada insanlar acdır, su, elektrik, qaz yoxdur. Uşaqlarımın qulaqları bombanın səsindən kar kimi olub. Ailəm çox stressdədir. Şəhərdə çoxlu sayda ölmüş insanları gördük.

Amerikanın Səsi: Orada harada sığınırdınız? Mülki əhalinin durumu necədir?

Lalə Babayeva: Mülki əhali əsasən zirzəmilərdə, yarımzirzəmilərdə, evlərin orta hissəsində dalanlar varsa orada gizlənirlər. Ümumiyyətlə çox adamların evləri dağıdılıb. Bir çox hallarda bombalar zirzəmiləri də dağıdır. Bir anın içində, insanlar, xüsusilə uşaqlar külə dönür.

Mariupolda sığınacaq (Fotonu Lalə Babayeva təqdim edib)
Mariupolda sığınacaq (Fotonu Lalə Babayeva təqdim edib)

Amerikanın Səsi: Siz Ukrayna vətəndaşısınız?

Lalə Babayeva: Bəli Ukrayna vətəndaşıyam. 14 ildir Mariupolda yaşayıram.

Amerikanın Səsi: Şəhəri necə tərk edə bildiniz?

Suyu uşaqlara qurtum-qurtum verirdik. Heç kimin o həyatı yaşamasını istəmərəm.

Lalə Babayeva: Mənim ailəm bir ay dostumun evində qaldı. Həyat yoldaşım da Polşada idi, gələ bilmirdi. Dostumun evinin zirzəmisi var idi. Orada gizlənirdik. Uşaqlar ümumiyyətlə zirzəmidən bayıra çıxmırdı. Soyuq idi. Bomba bütün pəncərələri qırmışdı. Qorxu içərisində zirzəmidən çıxıb ocaq qalaylb uşaqlarımız üçün yemək bişirirdik. İnsanlar yemək axtarır. Heç yerdə heç nə yoxdur. Susuzluq, aclıq. Uşaqları necə başa sala bilərəsən ki, bala yemək yoxdur. Uşaqlar ac qalmasın deyə özümüz yemək yemirdik ki, onlar az da olsa qidalana bilsin. Suyu uşaqlara qurtum-qurtum verirdik. Heç kimin o həyatı yaşamasını istəmərəm. Hərə özü üçündür. Hər yerdən atəş açırdılar. Heç kimin o birisindən xəbəri olmur. Ancaq onu deyirdilər, şəhərdən çıxmayın, hər şey yaxşı olacaq. Belə sözləri çox eşidirdik. Ancaq, necə qalasan? Gözünün qabağında bomba düşür, insanın tikələrini tapmaq olmur. Mənim öz bibimin oğlu bombanın altında qaldı, tikələrini belə yığmaq mümkün olmadı.

Amerikanın Səsi: Mariupolu hansı tərəfdən tərk edə bildinzi?

Hətta bir dəfə bomba az qalmışdı bizim avtomobilə dəysin.

Lalə Babayeva: Biz altı yerə getdik. Rusiya tərəfə getdik, sonra yenidən Ukrayna tərəfə qayıtdıq. Adları yadımda deyil. Mənim psixikam da pozulub. Hətta bir dəfə bomba az qalmışdı bizim avtomobilə dəysin. Bir dənə balaca avtomodilə 9 nəfər sığınmışdıq. 4 böyük adam, 5 nəfər uşaq idi. Heç nə götürməmişdik. Bir su və uşaqlar üçün iki tikə çörək götürmüşdük. Birinci Berdyanskyə getdik. Orada gəmini partlatdılar. Sonra Odesaya getdik. Orada Anar Natiqoğlu ("Odesa Azərbaycanlıları Birlik" Diaspor Təşkilatının sədr müavini Anar Natiqoğlu - red) və başqa bir azərbaycanlı bizə kömək etdi. Onların köməyi ilə Azərbaycana gəldik.

Amerikanın Səsi: Azərbaycanda sizi necə qarşıladılar? Kömək edirlərmi? Vəziyyətiniz necədir?

Əslində yardım olsa idi uşqalrım məktəbə gedərdi. Amma heç bir yardım yoxdur.

Lalə Babayeva: Bizə heç kim kömək etmir. Mənimlə birgə Bakıya gələn dostum getmişdi. Deyiblər biz yardım etmirik, bizdən heç nə gözləməyin. Yəni baxan belə yoxdur. Hava limanında bizi qarşılayan insanlar belə olmadı. Hava limanında hətta bizimlə kobud danışdılar. Koronavirus testinə görə bizimlə kobud danışdılar.

Amerikanın Səsi: İndi harada yaşayırsınız?

Lalə Babayeva: Mən Lənkəranlıyam. Lənkəranda evim yoxdur. Orada anam yaşayır. İndi Bakıda bacımgildə qalırıq. Onlar da kirayənişin yaşayır. Burada müalicə alırıq. Gələn həftə Lənkərana gedəcəm. Əslində yardım olsa idi, uşaqlarım məktəbə gedərdi. Amma heç bir yardım yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG