Accessibility links

Quterreş Moskva və Kyivə səfərlərindən öncə Türkiyəyə səfər edəcək


BMT-nin Baş katibi Antonio Quterreş
BMT-nin Baş katibi Antonio Quterreş

BMT-nin baş katibinin ofisinin açıqladığı bəyanata əsasən, Antonio Quterreş gələn həftə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya, daha sonra isə prezident Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Ukraynaya getməzdən əvvəl Ankaraya səfər edəcək.

“Baş katib Ankaraya səfər edəcək və aprelin 25-də prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək” - deyə, BMT aprelin 23-də bildirib.

BMT-nin humanitar məsələlər üzrə rəhbəri Martin Qriffits aprelin 18-də Türkiyənin Ukrayna və Rusiya arasında humanitar danışıqların ararılması üçün mühüm ev sahibi ölkə olduğunu deyib.

Quterreş daha sonra aprelin 26-da Putinlə görüşmək və Ukraynada sülhün bərqərar olması üçün nə edilə biləcəyini müzakirə etmək üçün Moskvaya səfər edəcək. Bundan sonra BMT baş katibi aprelin 28-də Kiyevə səfər edərək, prezident Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüş keçirəcək.

Zelenski aprelin 23-də Quterreşin Kyivdən əvvəl Moskvaya getmək qərarını tənqid edərək, burada “məntiq olmadığını” deyib.

“Müharibə Ukraynada gedir, Moskvanın küçələrində cəsədlər yoxdur. Əvvəlcə Ukraynaya getmək, oradakı insanları, işğalın nəticələrini görmək məntiqli olardı”, Zelenski bildirib.

Zelenski aprelin 24-də Türkiyə prezidenti Ərdoğanla Mariupol limanından mülki əhalinin təcili təxliyə edilməsinin zəruriliyi barədə danışdığını deyib.

Ərdoğan Zelenskiyə bildirib ki, Türkiyə Ukrayna və Rusiya arasında danışıqlar prosesi zamanı hər cür köməklik göstərməyə hazırdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG