Accessibility links

Bakıda ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirlərinin konfransı olacaq


ABŞ Səfirliyi
ABŞ Səfirliyi

ABŞ Dövlət katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisinin müavini Erika Olson Azərbaycana səfər edəcək.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, o, hökumət rəsmiləri ilə görüşlər keçirəcək və aprelin 27-28-də Bakıda keçirləcək missiya rəhbərlərinin konfransına qatılacaq.

"Sözügedən konfransda ABŞ-ın Azərbaycandakı Səfiri Li Litzenberger, ABŞ-ın Gürcüstandakı Səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı Səfiri Linn Treysi, USAİD təşkilatının Administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya Yardım Məsələləri üzrə İcraçı Koordinatoru Qreq Naarden və Qavqaz Dadışıqlarına dair Baş məsləhətçi Endryu Şofer iştirak edəcək.”

Missiya rəhbərlərinin konfransları müntəzəm keçirilir. Son konfransa ABŞ-ın Yerevandakı səfirliyi 2021-ci ildə ev sahibliyi edib. ABŞ-ın Bakıdakı və Tbilisidəki səfirlikləri 2019 və 2018 illərdə keçirilən konfransları təşkil edib. COVID-19 səbəbindən 2020-ci ildə konfrans keçirilməyib.

XS
SM
MD
LG