Accessibility links

Peter Mixalko: Aİ Azərbaycanda medianın inkişafına, potensialının artırılmasına dəstək vermək istəyir


Avropa İttifaqı azad və müstəqil jurnalistikaya böyük əhəmiyyət verir. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko Ümumdünya Mətbuat Günü və Avropa Günü ilə münasibətilə keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, bəzən jurnalistlər həqiqəti əks etdirən məlumatı adamlara çatdırarkən öz həyatları üçün risklərlə üzləşirlər, hazırda Rusiyanın təcavüzünə məruz qalan Ukraynada baş verdiyi kimi.

"Media Qanunu ilə bağlı müzakirə prosesini, onunla bağlı jurnalistlər, və cəmiyyətdə danışıqları yaxından izləyirdik. Mən hökumət rəsmiləri ilə görüşlərimdə də bildirmişdim ki, ümid edirəm ki, bu qanun media hüquqlarına əks təsir etməyəcək".

Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Amerikanın Səsinin yeni media haqqında qanunun təsirləri və Avropa İttifaqı azad media üçün hansı töhfələri verə bilər sualına cavabında deyib.

"Media yalnız azad olanda inkişaf edə bilər, töhfə verə bilər. Biz konkret olaraq medianın inkişafına, potensialının artırılmasına dəstək vermək istəyirik" - deyə, Aİ –nin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı jurnalistlərin, o cümlədən ölkənin regionlarında jurnalistlərin peşəkarlığının artırılması layihələrilə mətbuatı dəstəkləyə bilər. Bundan əlavə, Azərbaycan mediası "Şərq tərəfdaşlığı" çərçivəsində regional layihələrdən yararlana bilər.

"Biz bu məsələyə diqqət ayırmaqda davam edirik və ümid edirik ki, bu qanunun icrası mənfi halların yaranmasına imkan verməyəcək".

Almaniyada readmissiyadan sonra həbs olunanların taleyi məsələsinin hakimiyyətlə müzakirə edilib-edilməməsilə bağlı sualın cavabında Mişalko qeyd edib ki, insan hüquqları Avropr İttifaqının əsas dəyəridir.

"İnsan haqları Aİ-nin əsaslandığı dəyərlədən biridir və bu həm daxili, həm də xarici siyasətdə prioritetdir. Bu bütün addımlarımzda mərkəzdə olan məsələdir. Biz insan hüquqlarına, fundamental hüquqlara diqqət ayırırıq. İnsan haqları həm də bizim Avropa Şurası kimi mühüm tərəfdaşlarımız qarşısında olan öhdəlikdir. Biz insan haqları məsələsinə diqqət ayrımaqda davam edəcəyik. Biz tərəfdaşımız olan qurumlarla bu məsələləri müzakirə edir, bu məsələləri qaldırırıq."

Xatırlatma

Prezident İlham Əliyev 2022-ci ilin fevralında "Media haqqında" qanunu imzalayıb. Qanun 9 fəsil 78 maddədən ibarətdir. Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Azərbaycan rəsmiləri deyilənlərin əksini düşünür

Azərbaycan rəsmiləri hesab edir ki, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etməyəcək.

Milli Məclisin deputatı, iqtidarda olan "Yeni Azərbaycan" Pariyasının üzvü Aydın Mirzəzadə bir qədər əvvəl Amerikanın Səsinə deyib ki, "Media haqqında" yeni qanun geniş ictimai müzakirədən keçib, müxtəlif media nümayəndələri qanunun təkmilləşdirilməsinə öz töhfəsini verib.

"Hesab edirəm ki, qanun ümumən media-dövlət, media-cəmiyyət münasibətlərini tənzimləyəcək. Yəni, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etmir" o qeyd edib.

Beynəlxalq təşkilatların gözündə Azərbaycan mediası

Mayın 3-də - Beynəlxalq Mətbuat Azadlığı Günündə "Sərhədsiz Reportyorlar" (RSF) ənənəvi Ümumdünya Mətbuat Azadlığı İndeksini yayıb.

Bu araşdırma dünyada mətbuat sahəsində gedən ümumi prosesləri, həmçinin hər bir ölkədəki vəziyyəti əks etdirir.

RSF-nin İndeksinin sayca 20-ci buraxılışında 180 ölkə və regionda jurnalistika fəaliyyətinin həyata keçirildiyi şərait qiymətləndirilir, informasiya sahəsində ciddi problemlər olduğu, nizamlamanın zəiflədiyi və dezinformasiya kanallarının geniş yayıldığı, buna sosial şəbəkələrin də şərait yaratdığı qeyd edilir.

Təşkilat qeyd edir ki, beynəlxalq səviyyədə demokratik düşərgə ölkələri və avtoritar ölkələr arasında açıq qarşıdurma müşahidə olunur.

Bir çox ölkələrdə KİV-ə hakimiyyət və ya oliqarxlar nəzarət edir. İl ərzində bu vəziyyətdə olan ölkələrin sayı artıb. Belə ki, 12 ölkə siyahının qırmızı hissəsindədir - bu, mətbuatı azad olmayan ölkələrdir. Onlar arasında Belarus (153-cü yer), Azərbaycan (154), Rusiya (155) da var.

Qeyd edək ki, bir il əvvəl Azərbaycan 167-cı yerdə idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG