Accessibility links

Təxminən 127 ukraynalı mülki şəxs Mariupol yaxınlığından təxliyə edilib


Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsi çərşənbə axşamı Ukraynanın mühasirəyə alınan Mariupol şəhərindən təxminən 230 kilometr şimal-qərbdə yerləşən Zaporojjya şəhərinə qədər 127 nəfəri müşayiət edib.

Təxliyyə BMT və BQXK-nın koordinasiya etdiyi və aprelin 29-da başlayan təhlükəsiz keçid əməliyyatının son uğurudur. Həmin əməliyyat Mariupoldakı Azovstal polad zavodunun altındakı bunkerlərdə yaşayan 101 qadın, kişi, uşaq və qocanı azad edib.

iki aydan çoxdur ki, onların şəhəri rus qüvvələri tərəfindən bombalanırdı. Ümumdünya Səhiyyə Təşkilatının Ukrayna üzrə insident meneceri Dorit Nizan yeni gələnlərin fiziki və psixoloji ehtiyaclarını qarşılamaq üçün hazırlıqların görüldüyünü deyib. O, xəstəxanaların tibbi ləvazimatlarla yaxşı təchiz olunduğunu və onlara könüllülər və tibb işçiləri tərəfindən dəstək verildiyini bildirib.

Nizan Mariupol və ətrafdan Zaporojjyaya davamlı insan axınının olduğunu qeyd edib. O əlavə edib ki, Ukraynanın şərqində, gərgin döyüşlərin getdiyi Donbas bölgəsində təmas xəttinə ilişən bəzi insanlar könüllülərin idarə etdiyi avtomobillərlə gəlib. Niza, Mariupoldan avtobusla gələn insanların vəziyyətini bilmədiyini desə də, kömək etmək üçün tibb işçilərinin olduğunu bildirib.

O, gələn insanlar arasında ciddi xəsarət aşkarlanmadığını, lakin psixi sağlamlığın böyük narahatlıq doğurduğunudeyib.

Rusiya Mariupola hücuma başlamazdan əvvəl səs-küylü liman şəhərində təxminən yarım milyon insan yaşayırdı. İndiki əhalinin təxminən 100 000 olduğu güman edilir.
XS
SM
MD
LG