Accessibility links

Ukraynada hər iki valideynini itirən uşaqlar Azərbaycana gətirilib


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Ukraynanın Xarkiv şəhərində həlak olan Azərbaycan vətəndaşı Emin Mahmudov və onun həyat yoldaşı Ukrayna vətəndaşı Lyudmila Mahmudovanın yetkinlik yaşına çatmayan 3 övladı - 2007-ci il təvəllüdlü Renata Mahmudova, 2010-cu il təvəllüdlü David Mahmudov və 2017-ci il təvəllüdlü Dayana Mahmudova Azərbaycana təxliyə edilib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan vətəndaşı olan uşaqlar valideynləri həlak olduqdan sonra tanışları tərəfindən Rusiya ərazisinə keçiriliblər.

"Uşaqların Azərbaycana repatriasiya edilməsi üçün Azərbaycanın dövlət qurumları tərəfindən əlaqələndirilmiş qaydada bir sıra zəruri tədbirlər, o cümlədən uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və qəyyumun təyin edilməsi həyata keçirilib,” nazirliyin məlumatında deyilir.

XS
SM
MD
LG