Accessibility links

Təbrizdə fəallar Müəllim Günü münasibətilə türk dilində kitablar paylayıb


Türk dil haqları fəalları İranda Müəllim Günü münasibətilə Təbrizin müxtəlif məhəllələrində türkcə kitablar paylayıblar.

Sosial şəbəkələrdə paylaşılan xəbər və görüntülərə əsasən, Təbriz məhəllələrində uşaqlara məxsus hekayə və şeir kitabları ilə birlikdə Prof. Məhəmməd Tağı Zehtabini (1923-1998) tanıdan broşürlər paylanıb.

Tarixçi, şair, pedaqoq və məşhur "İran Türklərinin Əski Tarixi" kitabının müəllifi mərhum Zehtabi 1990-cı illərdə İran Azərbaycanının müxtəlif şəhərlərində könüllü türk dili müəllimi kimi fəaliyyət göstərib.

Daha əvvəl də Dünya Ana Dili Günü, yeni dərs ilinin başlanması, habelə Azərbaycan Milli Hökumətinin (1945-46) ildönümü münasibətilə İran Azərbaycanının müxtəlif şəhərlərində və Tehranda kitab paylama kampaniyaları təşkil olunub.

Qısa ömürlü Azərbaycan Milli Höküməti dövrü istisna olmaqla, Pəhləvilər İranda hakimiyyətə gəldikdən bəri İran Azərbaycanının məktəblərində ana dili tədris olunmur.

XS
SM
MD
LG