Accessibility links

ABŞ Ukraynaya Əfqanıstan üçün aldığı 16 ədəd Mi-17 helikopteri verir


ABŞ Ukraynaya Əfqanıstan üçün aldığı 16 ədəd Mi-17 helikopteri verir. Bunu Əfqanıstan hadisələrini izləməkdə məsul olan ABŞ hökumət agentliyi çərşənbə günü bildirib.

Müdafiə Nazirliyi (DOD) yanvar ayında Konqresə bildirmişdi ki, o, Ukrayna hökumətinə Ukrayna obyektində texniki qulluq keçən Rusiya istehsalı olan 5 helikopter vermək niyyətindədir.

Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Baş Müfəttiş (SIGAR) bu həftə ABŞ qanunvericilərinə təqdim etdiyi rüblük hesabatında qeyd edib ki, "Ukrayna bu həddindən artıq müdafiə maddələrini martın 11-də qəbul edib".

Hesabatda əlavə edilib: "Aprelin ortalarında Prezident (Co) Bayden Əfqanıstana planlaşdırılan əlavə 11 Mi-17 helikopterinin daxil olduğu Ukraynaya hərbi yardım paketini elan edib. Mi-17-lərdən daha çox qoşun və hərbi texnika daşımaq üçün istifadə olunur.

Ukrayna helikopterlərin istehsalı və təmiri müəssisələrinin yerləşdiyi keçmiş Sovet İttifaqı respublikalarından biridir.

ABŞ texnikası Əfqanıstanda qalıb. Buhəftəki hesabatında SIGAR keçən avqustda Qərbin dəstəklədiyi Əfqanıstan hökumətinin süqutundan sonra ölkənin yeni Talibanının ABŞ Müdafiə Nazirliyinin 7 milyard dollardan çox dəyərində avadanlığı əldə etməsinə imkan verdiyi barədə xəbərləri təsdiqləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG