Accessibility links

Aİ: Aytən Məmmədovaya hücum qəbuledilməzdir


Avropa İttifaqı
Avropa İttifaqı

"Jurnalistlər öz işlərini təhdid və hədə-qorxu olmadan, təhlükəsiz şəraıitdə yerinə yetirməlidir."

Bu barədə Avropa İttifaqının xarici işlər sözçüsü Peter Stano Twitterdə mayın 10-da jurnalist Aytən Məmmədovaya naməlum şəxs tərəfindən edilən hücumla bağlı paylaşıb.

"Aytən Məmmədovaya hücum qəbuledilməzdir. Aİ elan edilən istintaqı yaxından izləyəcək və günahkarların məsuliyyətə cəlb olunmasını gözləyir" - deyə, o bildirib.

Mayın 8-də gecə saatlarında Bakıda Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanındakı binanın liftində naməlum şəxs jurnalist Aytən Məmmədovaya hücum edib. Naməlum şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib. Hücum edən şəxs Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində faktla bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb.

Jurnalist Aytən Məmmədovanın bıçaqlı hücuma məruz qalması ilə bağlı cinayət işinin təhqiqatı Bakı şəhər Baş Polis İdarəsinə verilib.

O, həmçinin mayın 11-də üç gün öncə naməlum şəxsin hücumu nəticəsində aldığı xəsarətlərlə bağlı ekspertizadan keçib.

Məmmədova hücumun peşə fəaliyyəti ilə bağlı olduğunu güman edir. Hücum edən şəxs konkret ad çəkməsə də ondan "məhkəmədən yazmamağı" tələb edib.

Bundan əlavə ABŞ Dövlət Departamenti və beynəlxalq təşkilatlar jurnalist Aytən Məmmədovaya qarşı hücumu pisləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG