Accessibility links

Ukraynanın Dnepr şəhəri Azərbaycandan göndərilən humanitar yardımı alıb


Mayın 10-da Ukraynanın Dnepr şəhərinə Azərbaycandan 20 ton humanitar yardım daxil olub. Bakıdan uzun müddət saxlanıla bilən zəruri məhsullar və dərmanlar göndərilib. Yardım həddindən artıq ehtiyacı olanlara - köçkünlərə və müdafiəçilərə paylanır.

Bu barədə Dnepr şəhər saytı gorod.dp.ua məlumat yayıb.

"Azərbaycan Səfirliyinə və xalqına bu yardım üçün səmimi qəlbdən təşəkkür edirik. Burada dənli bitkilər, konservlər, yağ, un və tez xarab olmayan bir çox digər məhsullar var. Bundan başqa, səfirlik bizə tibbi ləvazimatlar göndərib" - deyə, ölkənin Müdafiə Fondunun rəhbəri Natalya Kostyuçenko qeyd edib.

Dnepr şəhərinin icra başçısı Boris Filatov da yardım üçün təşəkkür edib. O əlavə edib ki, böyük Azərbaycan icmasının yaşadığı bir şəhər olaraq Dnepr bu dəstəyi heç vaxt unutmayacaq.

Azərbaycan fevralın 27-də və martın 12-də Ukraynaya, aprelin 15-də isə Moldovaya ukraynalı qaçqınlar üçün ümumilikdə 23,2 milyon manat dəyərində 550 tona yaxın humanitar yardım göndərib. Bakıdan Kyivə 170 tondan çox çəkisi olan sonuncu yardım yükü aprelin 21-də göndərilib. Bu yükə 3,37 mln. manatlıq dərman və tibbi ləvazimatlar, həmçinin 1 milyon manatlıq ərzaq məhsulları daxil idi.

Ukraynada müharibə ərzində Bakı Ukraynaya təxminən 15 milyon avro dəyərində 760 ton humanitar yardım göndərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG