Accessibility links

Azərbaycan və Türkmənistan nəqliyyat dəhlizi məsələlərini müzakirə edib


Azərbaycan və Türkmənistan bayraqları

Mayın 10-da Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Aşqabadda Türkmənistan prezidenti Sərdar Berdıməhəmmədovla nəqliyyat dəhlizi, ticari-iqtisadi, yanacaq-energetika, nəqliyyat və telekommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.

Türkmənistan tərəfin rəsmi məlumatına görə, tərəflər "yük daşımaları üçün rahat quru və dəniz yollarını təmin edən qitələrarası tranzit dəhliz layihələrinin həyata keçirilməsinə" xüsusi diqqət yetiriblər.

Sərdar Berdıməhəmmədov yeni nəqliyyat dəhlizləri layihələrinin uğurla həyata keçirilməsi üçün hər iki dövlətin potensialından tam istifadə edilməsi zərurətini vurğulayıb.

Eyni zamanda, Türkmənistan və Azərbaycan iqtisadiyyatları üçün strateji əhəmiyyət kəsb edən energetika sahəsində münasibətlərin inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Ekspertlər Rusiya-Ukrayna müharibəsi başlayandan Transxəzər nəqliyyat dəhlizi, yəni TRACECA xətti ilə yükdaşımaların həcminin durmadan artdığını bildirir.

TRACECA - Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayanadan sonra Çin Rusiya üzərindən Avropaya konteyner daşımalarının TRACECA xətti ilə daşınmasına üstünlük verir.

Onun sözlərinə görə, müharibəyədək il ərizndə Rusiya üzərindən bir milyondan çox konteyner daşınıb. Milli katib deyib ki, 2022-ci ilin sonunadək TRACECA dəhlizi ilə yük axınının 5 dəfəyədək artacağı gözlənilir.

"Son bir ay ərzində Gürcüstan-Azərbaycan-Türkiyə-Qazaxıstan arasında birgə əməliyyat şirkətinin yaradılması məsələsi gündəmdədir," Rüfət Bayramov Amerikanın Səsinə deyib.

Belə ki, mayın 10-dan Türkiyənin paytaxtı Ankara şəhərində "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının növbəti toplantısı keçirilir.

TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi-Müstəqil Dövlətlər Birliyinə göstərilən texniki yardım (TASİS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin maynda Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.

TRACECA, həmçinin maraqları bir araya gətirmək və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit platformadır.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG