Accessibility links

Müstəqil Ukraynanın ilk prezidenti Leonid Kravçuk 88 yaşında vəfat edib


Sovet İttifaqının ölüm fərmanının imzalanmasına yardım edən keçmiş kommunist və sonra müstəqil Ukraynanın ilk prezidenti vəzifəsində çalışan Leonid Kravçuk çərşənbə axşamı 88 yaşında vəfat edib.

Rusiya işğalçı qüvvələri ilə üzləşən Ukraynaya rəhbərlik edən Volodimir Zelenski Kravçuku Sovet hakimiyyətinin müstəqilliyinin ilk xaotik illərində ölkəyə rəhbərlik edən müdrik lider kimi təsvir edib.

"O, həmişə bütün ukraynalıların eşitməsi üçün müdrik sözlər tapmağı və onları ifadə etməyi bacaran insan id. Xüsusilə də böhran dövründə. Bütöv bir ölkənin gələcəyi bir insanın müdrikliyindən asılı ola bildiyi zaman"- deyə, Zelenski bildirib.

Prezidentin sözlərinə görə, Kravçuk belə bir müdriklik nümayiş etdirmişdi ki, Ukraynanın milli hərəkatı 1980-ci illərin sonunda güclənmiş və 1991-ci ilin dekabrında keçirilən referendumda seçicilərin 90%-dən çoxu müstəqilliyi seçmişdi. Elə həmin gün Kravçuk prezident seçilmişdi.

Kravçuk 1990-cı ildə o vaxtkı Sovet respublikası olan ölkədə parlamentin rəhbəri vəzifəsini tutaraq Ukrayna Kommunist Partiyasının sıralarında yüksəldiyi zaman “hiyləgər tülkü” kimi tanınıb. Lakin o, 1991-ci ilin avqustunda Sovet lideri Mixail Qorbaçova qarşı çevriliş cəhdindən sonra partiyanı tərk etdib. Elə həmin ay Ukrayna parlamenti müstəqillik bəyannaməsini qəbul edib.

1991-ci ilin dekabrında o, Rusiya prezidenti Boris Yeltsin və Belarus lideri Stanislav Şuşkeviç ilə Sovet İttifaqının dağılmasına faktiki olaraq təkan verən Beloveja sazişini imzalayıb.

"Mən başa düşdüm ki, əgər SSRİ hələ də mövcud olsaydı, Ukrayna heç vaxt həqiqətən müstəqil ola bilməzdi" - deyə, Kravçuk bildirmişdi.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bildirib ki, Kravçukun Ukraynanın müstəqillik yoluna çıxarılmasındakı rolu ölkənin indiki mübarizəsi baxımından xüsusilə vacibdir.

"Onun imzası ilə şər imperiyası dağıldı", Reznikov Tvitter hesabında yazıb.

"Müstəqilliyimizi dinc yolla yenilədiyiniz üçün sizə təşəkkür edirik. Biz indi onu əlimizdə silahla müdafiə edirik" - deyə o əlavə edib.

1994-cü ildə Ukraynanın iqtisadi böhran və korrupsiya bataqlığında olduğu və Kravçukun ölkəni “talama” ittihamı ilə üzləşdiyi bir vaxtda o, seçkilərdə keçmiş raket zavodunun rəhbəri Leonid Kuçmaya məğlub oldu. 2006-cı ilə qədər parlamentdə qaldı.

2020-ci ildə, o vaxta qədər ağ saçlı ağsaqqal dövlət xadimi olan Kravçuk 2014-cü ildə Ukraynanın şərqində Rusiya tərəfindən dəstəklənən separatçılar və hökumətyönlü qüvvələr arasında baş vermiş münaqişəyə son qoymaq səylərində Ukraynanı təmsil etmək üçün təyin olundu. O, Moskvaya qarşı sərt mövqe sərgiləyərək bildirib ki, Rusiyadan heç nə gözləməyə dəyməz, çünki onun məqsədi "Ukraynanı məhv etməkdir".

1994-cü ilin yanvarında o, ABŞ prezidenti Bill Klinton və Yeltsin ilə Ukraynanın dünyanın üçüncü ən böyük nüvə arsenalından imtina etməsi müqabilində 1 milyard dollar təzminat təmin edən müqavilə və Prezident kimi Avropa İttifaqı ilə də əməkdaşlıq sazişi imzalayıb.

Kravçuk 1934-cü il yanvarın 10-da Qərbi Ukraynadakı Rivne yaxınlığında anadan olub.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG