Accessibility links

İtaliya Eurovision zamanı kiber hücumların qarşısının alındığını bildirib


Ukraynanın Kalush Orchestra qrupunun üzvləri Eurovision-2022 beynəlxalq mahnı müsabiqəsində çıxış edir.
Ukraynanın Kalush Orchestra qrupunun üzvləri Eurovision-2022 beynəlxalq mahnı müsabiqəsində çıxış edir.

İtaliya hökuməti Eurovision mahnı müsabiqəsi zamanı kiberhücumların qarşısının alındığını elan edib. Bu barədə Reuters agentliyi İtaliya polisinə istinadən məlumat yayıb. Hüquq-mühafizə orqanları rusiyayönlü Killnet qrupu və onun Legion bölməsinin hücumlarda iştirak etdiyinə əmin olduqlarını bildiriblər.

Mahnı müsabiqəsinin keçirildiyi axşam Killnet teleqram kanalında Ukraynadan olan iştirakçılar haqqında təhqiredici mesaj yerləşdirilib. Haker qrupunun nümayəndəsi Current Time televiziya kanalının kiberhücumda əli ola bilməsi ilə bağlı sualına cavab verməyib.

İtaliya polisinin məlumatına görə, şəbəkə infrastrukturuna hücumlar mayın 10-da müsabiqənin yarımfinalında və mayın 14-dən 15-nə keçən gecə keçirilən finalda baş verib. Hücumların qarşısının alındığı bildirilir.

Mayın 11-də İtaliyanın Müdafiə Nazirliyinin, Senatın və digər departamentlərinin saytları kiberhücuma məruz qalıb, Killnet haker hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Ukraynanın Kalush Orchestra qrupu Eurovision-2022 beynəlxalq mahnı müsabiqəsinin finalında qalib gəlib.

“Stefaniya” mahnısı tamaşaçıların səsverməsinin nəticələrinin açıqlanmasından sonra 631 xal toplayaraq birinci yeri tutub.

Britaniya təmsilçisi Sem Rayder “Space man” mahnısı ilə finalda 466 xal toplayaraq ikinci yeri, üçüncü yeri isə 459 xalla “SloMo” mahnısı ilə İspaniyanın təmşilçisi Şanel tutub.

Qrupun ifa etdiyi “Stefaniya” mahnısını solist Oleq Psyuk anası Stefaniyaya həsr edib. O, mahnını Ukraynada genişmiqyaslı müharibə başlamazdan xeyli əvvəl yazıb, lakin indi ukraynalılar bu mahnıda yeni mənalar görməyə başlayıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG