Accessibility links

Zaur Əkbər: Azərbaycan Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Sazişinin üç bəndi üzrə razılıq əldə etməyib


Zaur Əkbər: Azərbaycan Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Sazişinin üç bəndi üzrə razılıq əldə etməyib
please wait

No media source currently available

0:00 0:07:54 0:00

Zaur Əkbər: Azərbaycan Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Sazişinin üç bəndi üzrə razılıq əldə etməyib

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramı üzrə ekspert Zaur Əkbər Amerikanın Səsinə müsahibəsində Avropa İttifaqı ilə Azərbaycanın əlaqələrini ehtiva edən əsas prioritetlərdən danışıb.

Amerikanın Səsi: Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq prioritetləri qurumlar arasında əlaqələrin gücləndirilməsini və yaxşı idarəçiliyi əhatə edir. Bu sahədə durumu necə qiymətləndirərdiniz?

Buraya sərbəst toplaşmaq azadlığı, birləşmək azadlığı, QHT-lərlə bağlı qanunvericilik, o cümlədən də yaxşı idarəçilik, ədliyyə, hüquq-mühafizə sistemində dərin islahatların aparılması daxildir.

Zaur Əkbər: Ümumiyyətlə, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər hazırda yeni bir mərhələyə transformasiya olunmaq nöqtəsindədir. Hansı ki, Azərbaycanla Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq Sazişinin imzalanması gözlənilir. O sazişin əsas bəndlərindən biri də hüquq və azadlıqların qorunmasıdır. Buraya sərbəst toplaşmaq azadlığı, birləşmək azadlığı, QHT-lərlə bağlı qanunvericilik, o cümlədən də yaxşı idarəçilik, ədliyyə, hüquq-mühafizə sistemində dərin islahatların aparılması daxildir. Hazıkı durumda Azərbaycanda sistem olaraq bu sahədə çox ciddi, kəskin islahatlar aparılmasına ehtiyac var. Avropa İttifaqının rəsmi nümayəndələri də zaman-zaman Azərbaycan hakimiyyət rəsmiləri ilə görüşlərdə bu məsələni qabardıb.

Amerikanın Səsi: Prirotetlərə, həmçinin iqtisadi inkişaf və bazar imkanları daxildir. Bu mənada Azərbaycanda iqtisadi inkişaf və bazar imkanları Avropa standartlarına cavab verirmi?

Ölkədəki aşırı monopoliya və biznes mühitinin şəffaf və hesabatlı olmaması, bu standartlara cavab vermir.

Zaur Əkbər: Hazırkı mərhələdə heç bir halda cavab vermir. Çünki ölkədəki aşırı monopoliya və biznes mühitinin şəffaf və hesabatlı olmaması, bu standartlara cavab vermir. Strateji Tərəfdaşlıq Sazişinin bəndlərindən biri Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü məsələsidir. Düzdür, Azərbaycan hökuməti Avropa İttifaqına Dünya Ticarət Təşkilatına üzv olmaq istəməməsinə alternativ olaraq əlavə 37 səhifəlik ticarət paketi göndərib. Avropa Komissiyası da bunu qiymətləndirib. Bu tövsiyələr paketində kiçik bir irəliləyiş var. Deyək ki, müxtəlif sahələrdə, bank sektorundakı irəliləyiş xüsusilə qabardılır. Ancaq düşünürəm ki, bunlara baxmayaraq, Azərbaycan tərəfi xeyli sahədə islahatlar aparmalıdır. Xüsusilə də vətəndaşların orta və kiçik biznesinin inkişafı üçün iqtisadi açılımlara getməlidir.

Amerikanın Səsi: Azərbaycanda insanların yerdəyişmə azadlığı sahəsində durum necədir? Avropa İttifaqına daxil olan ölkələrlə qarşılıqlı səfərlərin intensivliyini necə qiymətləndirərdiniz, artıb, yoxsa azalıb?

COVİD dönəmindən sonra əlaqələr pəncərəsi daha da açılacaq.

Zaur Əkbər: Ümumiyyətlə, pandemiya dövrünü çıxsaq, çünki son illərdə COVID-in yaratdığı maneələr səbəbindən o qədər də səfərlər olmayıb. Amma ümumiyyətlə Avropa institutlarının təşkil etdiyi tədbirlərdə Azərbaycandan həm hökumət, həm də vətəndaş cəmiyyətləri tərəfindən aktiv səfərlər olub. Yeri gəlmişkən, mən özüm mayın 19-da Estoniyanın Tartu şəhərində təşkil olunacaq 3-cü Şərq Tərəfdaşlığı konfransında iştirak edəcəm. Orada Şərq Tərəfdaşlığına daxil olan hökumətlərin nümayəndələri, nazirlər iştirak edəcək. Düşünürəm ki, artıq COVID dönəmindən sonra əlaqələr pəncərəsi daha da açılacaq. Bu çox davamlı olmalıdır. Çünki bu, Azərbaycanla Avropa İttifaqı arasında inteqrasiya prosesini sürətləndirən əsas faktorlardan biridir.

Amerikanın Səsi: Son dövrlərdə hüquq müdafiəçiləri tərəfindən əsas tənqid olunan məqamlardan biri də readmissiya haqqında sazişdir. Necə qiymətləndirirsiniz?

Yaxşı olardı ki, Avropa İttifaqı da Azərbaycanda olan ictimai-siyasi fəallarla bağlı dərin araşdırma aparsın.

Zaur Əkbər: Readmissiya bəli, biz bununla bağlı Almaniya səfirliyi vasitəsi ilə Almaniya hökumətinə müraciət etmişik. Çünki, Almaniyada yaşayan ictimai-siyasi fəalların dərin araşdrıma olmadan geri qaytarılması onların həbslə üzləşməsinə səbəb olur. Readmissiya sənədi Azərbaycanla Avropa İttifaqı arasında 2014-cü ilin fevralında imzalanıb. Əfsuslar olsun ki, Azərbaycan tərəfi bu sənədin bəndlərindən sui-istifadə edərək ictimai-siyasi fəalları cəzalandırır. Amma yaxşı olardı ki, Avropa İttifaqı da Azərbaycanda olan ictimai-siyasi fəallarla bağlı dərin araşdırma aparsın. Biz hətta hüquq-müdafiə təşkilatı olaraq Almaniya hökumətinə müraciət etmişik ki, hansısa bir ictimai-siyasi fəalla bağlı sualları olarsa, heç bir qərəz olmadan ədalətli şəkildə araşdırıb həmin insanın statusu haqında hökumətə məlumat təqdim edə bilərik.

Amerikanın Səsi: Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, Avropa İttifaqı ilə sazişin 95 faizə qədəri hazırdır. Amma saziş imzalanmır. Bunun səbəbi nədir?

Avropa İttifaqı öhdəliklərin tam olaraq yerinə yetirilməsində israrlıdır.

Zaur Əkbər: Ötən illər dövlət başçısı İlham Əliyev deyib ki, Strateji tərfədaşlıq haqqında sazişin imzalnması üşün xırda-para məsələlər qalıb. Amma ötən ilin iyulunda Şarl Mişel (Avropa İttifaqı Şurasının Prezidenti) Azərbaycana səfər etdikdən sonra məlum oldu ki, sazişin imzalanması bir qədər yubanacaq. Burada da əsas problem rəmi Bakıdadır. Çünki, rəsmi Bakı strateji tərəfdaşlıq sazişinin 4 bəndindən 3-də müəyyən mənada kompromis istəyir. Avropa İttifaqı isə öhdəliklərin tam olaraq yerinə yetirilməsində israrlıdır. Şarl Muşel Azərbaycana səfəri zamanı İlham Əliyevdən bilavasitə sənədlə bağlı soruşmuşdu. Ona demişdilər ki, nə qədər tez olsa sənədin imzlanmasının tərəfdarıyıq. Ancaq Avropa İttifaqı Əgec olsun, daha mükəmməl sənəd olsun'da maraqlı olduğunu dövlət başçısı İlham Əliyevə çatdırıb.

Amerikanın Səsi: Bəs razılaşdırılmayan üç cəhət nədir?

Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlar 4 bənd üzrə aparılır.

Zaur Əkbər: Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlar 4 bənd üzrə aparılır. Birinci bənd siyasi hüquq və azadlıqlar məsələsidir. Bu məsələdə birmənalı razılaşma olub. İkinci məsələ Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü məəsləsidir. Üçüncü məsələ Azərbaycanın öz hava məkanını Avropa İttifaqı standartlarına uyğun olaraq Avropa İttifaqı ölkələri ilə paylaşmasıdır. Dördüncü məsələ də açıq bazar, açıq rəqabətdir. Burada söhbət təkcə Şərq Tərəfdaşlığı ölkələrində deyil, həm də Avropa İttifaqında istehsal olunan məhsulların ölkəyə gömrük rüsumlarının çox aşağı səviyyədə olması şərti ilə daxil oması, biznes mühitnin şəffaf olması, azad istisadi zonalarının yaradılmasından gedir.

Amerikanın Səsi: Yəni son üç bənddə razılaşma yoxdur?

Buarda əsas məsələ rəsmi Bakının iradəsinin olmamasıdır.

Zaur Əkbər: Birinic bənd üzrə tam razılaşma var. Avropa İttifaqı Azərbaycana deyib ki, nə qədər bazarlığa getsə belə, bu onlar üçün ana xətdir, qırmızı xətdir, burada heç bir kompromis olmaz. Amm, görünən odur ki, Azərbaycan Dünya Ticarət Təşkilatına üzvlük istəmir, amma Avropa İttifaqına əlavə bir təkliflər paketi göndərib. Qalan iki məsələ, məsələn aviasiya sahəsi ilə bağlı heç bir yenilik yoxdur. Ermənistan iki il əvvəl sazişdə nəzərdə tutulan bəndi razılaşdırıb və ən ucuz hava yolları olan Raynair hava yolları şirkəti bu gün Yerevandan Avropanın istənilən nöqtəsinə 50-60 avroya Ermənistan vətəndaşını aparıb-gətirir. Yəni, bizim onlardan nəyimiz əskikdir. Ona görə də burada əsas məsələ rəsmi Bakının iradəsinin olmamasıdır.

Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrin qısa tarixi

Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranıb. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edir.

1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib.

2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.

2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb.

Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

"Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Ancaq hələlik Aİ ilə Azərbaycan bu sazişi imzalamayıb.

XS
SM
MD
LG