Accessibility links

Azərbaycanda pandemiya dövründə ilk dəfə koronavirusa yoluxma halı qeydə alınmayıb


Koronavirus

Son sutka ərzində Azərbaycanda koronavirusa yoluxma faktı aşkarlanmayıb. Eyni zamanda 5 nəfər sağalıb, ölüm faktı qeydə alınmayıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 16 may tarixli məlumatında deyilir.

İndiyədək Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 792 673 fakt müəyyən edilib, 782 917 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 47 nəfərdir.

Son sutka ərzində ölkədə COVID-19-un aşkar edilməsi üzrə 1966 test keçirilib.

Qeyd edək ki, pandemiya başlayandan ilk dəfədir ki, sutka ərzində Azərbaycanda koronavirus infeksiyası halı aşkar edilməyib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub.

Bu il aprelin 15-dən isə Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbini ləğv edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG