Accessibility links

ABŞ dövlət katibi Əbu Dabidədir


ABŞ dövlət katibi Antoni Blinken Birləşmiş Ərəb Əmirliklərinin mərhum prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın vəfat edən ailəsinə başsağlığı vermək üçün vitse-prezident Kəmalə Harrisin başçılıq etdiyi yüksək səviyyəli ABŞ nümayəndə heyətinə qatılaraq Əbu Dabidə səfərdədir.

Harris və Blinkenin mərhum prezidentin qardaşı, ölkənin yeni prezidenti və artıq Yaxın Şərqdə və onun hüdudlarından kənarda nüfuzlu güc brokeri olan Şeyx Məhəmməd bin Zayed əl Nahyan ilə görüşəcəyi gözlənilir.

Bu, Bayden administrasiyası tərəfindən regionun maliyyə mərkəzi olan neftlə zəngin ölkəyə bu günə qədər ən yüksək səviyyəli səfərdir. Nümayəndə heyətinə, həmçinin müdafiə naziri Lloyd Ostin, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və İqlim üzrə elçi Con Kerri daxildir.

Vitse-prezident Harris yola düşməzdən əvvəl prezident Co Baydenin adından ona ehtiram məqsədi ilə səfər etdiyini deyib.

Təhlilçilər, həmçinin bu səfəri Amerikanın BƏƏ ilə gərgin münasibətlərini gücləndirmək üçün mühüm jest kimi qiymətləndirir.

Əbu-Dabi, BƏƏ və Səudiyyə Ərəbistanına raketlər və pilotsuz təyyarələr vuran İranın dəstəklədiyi Husi üsyançılarına qarşı terror təyinatını ləğv etdiyi üçün Bayden administrasiyasından məyus olub.

BƏƏ və digər Körfəz ölkələri də Bayden administrasiyasının keçmiş prezident Donald Trampın 2018-ci ildə ABŞ-ı çıxardığı beynəlxalq İran nüvə sazişini canlandırmaq səylərinə qarşıdır.

Öz növbəsində, Vaşinqton həm BƏƏ-dən, həm də Səudiyyə Ərəbistanından Rusiyanın Ukraynaya fevralın 24-də təcavüzündən sonra daha çox neft vurmağı, artan qaz qiymətlərini aşağı salmağı və Avropanın Rusiya neftindən və təbii qazından imtina etməyə çalışdığı bir vaxtda enerji bazarlarında sabitliyi yaxşılaşdırmağı xahiş edib.

Ər-Riyad və Əbu-Dabi Vaşinqtonun tələblərini rədd edərək, Rusiya ilə yaxşı münasibətləri saxlamağa çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG