Accessibility links

Yunanıstanın baş naziri Baydenlə görüşəcək


Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ABŞ liderinin vəzifəyə gəlişindən sonra ilk dəfə bazar ertəsi prezident Co Baydenlə danışıqlar aparmaq üçün Vaşinqtona uçub.

Mitsotakisin Türkiyəni və iki ölkə ilə NATO müttəfiqləri arasında yaranan gərginliyi azaltmaq səylərini müzakirə edəcəyi gözlənilir. Lakin Ukraynada münaqişə qızışdıqca danışıqlarda həm də Yunanıstanı Aİ-nin enerji qapısına çevirmək, Rusiya qazı və neftindən asılılığı azaltmaq səyləri də gündəmdə olunacaq.

Yunanıstan rəsmiləri deyirlər ki, Kiriakos Mitsotakisin Vaşinqtona səfərinin vaxtı çox vacibdir. Türkiyə ilə Yunanıstan arasında münasibətlər gərgindir və onun köməkçiləri Türkiyənin son həftələrdə döyüş təyyarələrinə Yunanıstan hava məkanında rekord sayda təhlükəli uçuşlar həyata keçirməyi əmr etməklə “təkrarlanan təxribatlar” adlandırdıqlarına istinad edərək, Mitsotakis vaxt itirməyəcəyini deyib

İki tərəf arasında münaqişə Avropanın onsuz da problemli mənzərəsində daha böyük qeyri-sabitliyə səbəb ola bilər.

Müdafiə cəbhəsində Mitsotakis F-35 döyüş təyyarələrinin istehsalında Yunanıstanın fəaliyyətini artırmağı planlaşdırır. Bu layihədə onun rəqib qonşusu Türkiyə də bir vaxtlar iştirak edirdi.

Lakin 2019-cu ildə Ankara Moskvadan Rusiyanın yer-hava raket sistemi almağa razılıq verdikdən sonra layihədən uzaqlaşdırılıb. Belə ki, bu, NATO qaydalarını ciddi şəkildə pozurub.

Afinadakı ekspertlərin fikrincə, Türkiyənin Finlandiya və İsveçin NATO-ya qoşulmasına etiraz etməsi ilə bu təşviq ABŞ-ın maraqlarına uyğun ola bilər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Miçotakisdən bir gün sonra Vaşinqtonda olacaq və Yunanıstan lideri ilk dəfə Konqresdə çıxış edəcəyi üçün Türkiyə rəsmisi amerikalı həmkarı ilə Ankaranın 40 yeni F-16 qırıcı təyyarəsi almaq təklifinin təfərrüatlarını öyrənmək üçün görüşəcək.

Mitsotakisin Ağ Evdəki görüşü ərəfəsində Bayden administrasiyası Konqresdən Türkiyənin Amerika istehsalı olan F-16 qırıcı təyyarələri donanmasına silah və avadanlıqların təkmilləşdirilməsinin satışını təsdiqləmək üçün müraciət etmişdi. Bu da NATO müttəfiqləri arasında münasibətlərin yaxınlaşması əlamətidir.

XS
SM
MD
LG