Accessibility links

ABŞ və Birləşmiş Krallıq səfirlikləri Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiyaya Qarşı Mübarizə Günü münasibətilə bəyanat yayıb


ABŞ Səfriliyi LGBT bayrağı qaldırıb
ABŞ Səfriliyi LGBT bayrağı qaldırıb

17 May - Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiyaya qarşı Mübarizə Günüdür. Bui gün ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri bir qayda olaraq öz ölkələrinin bayrağı ilə yanaşı LGBT bayrağı qaldırır.

ABŞ-ın Azərbaycandakı Səfirliyi bildirir ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində hər kəsin insan haqlarına və əsas azadlıq hüququnun olduğu qeyd edilir.

Böyük Britaniya Səfirliyi LGBT bayrağı qaldırıb
Böyük Britaniya Səfirliyi LGBT bayrağı qaldırıb

“Bütün dünyada lezbiyan, gey, biseksual, transseksual, queer və interseks insanların töhfələrini qeyd etməklə, Birləşmiş Ştatlar bu ümumi dəyəri bir daha vurğulayır: Hər kəs ləyaqətlə yaşamağa layiqdir,” ABŞ Səfirliyi bildirir.

Böyük Britaniya Səfriliyinin məlumatında deyilir ki, kim olduğuna və ya kimi sevdiyinə görə heç bir şəxs nifrət və zorakılıqla üzləşməməlidir.

“Böyük Britaniya LGBT+ hüquqlarını beynəlxalq səviyyədə müdafiə etməkdə davam edir,” məlumatda qeyd edilir.

XS
SM
MD
LG