Accessibility links

ABŞ Kuba ilə bağlı bir sıra diplomatik və səyahət məhdudiyyətlərini yumşaldır


ABŞ prezidenti Co Baydenin administrasiyası sələfi Donald Trampın Kuba ilə bağlı bir sıra diplomatik və səyahət məhdudiyyətlərini yumşaldır.

Dövlət Departamenti elan edib ki, kubalıların hələ də adada yaşayan ailə üzvlərinə hər kvartalda göndərə biləcəyi 1000 ABŞ dolları məbləğində mövcud limiti qaldırır və ailədənkənar pul köçürmələrinin müstəqil sahibkarları dəstəkləməsinə icazə verir.
Administrasiya həmçinin ildə 20 000 immiqrasiya vizası vermək məqsədi ilə kubalıların ABŞ-da ailə üzvlərinə qovuşması üçün yol təqdim edən proqramı canlandırır.

Dövlət Departamenti Kubadakı diplomatik obyektlərində vizaların rəsmiləşdirilməsini və konsulluq xidmətlərini artıracağını bildirib.

Bayden administrasiyası həmçinin qrup təhsil səfərləri, peşəkar görüşlər və araşdırmalar da daxil olmaqla, Kubanın paytaxtı Havanadan kənar yerlərə planlı və çarter uçuşlarını genişləndirir.

Sabiq prezident Tramp sələfi Barak Obamanın Vaşinqtonla Florida sahillərindən cəmi 144 kilometr aralıda yerləşən kommunistlərin idarə etdiyi ada arasında Soyuq Müharibə dövründəki gərginliyi azaldan tarixi addımlarını geri götürərək Kubaya qarşı sanksiyaları artırmışdı.

ABŞ Kubaya qarşı ilk dəfə 1962-ci ildə tətbiq etdiyi iqtisadi embarqonu davam etdirir.

Obamanın vitse-prezidenti vəzifəsində çalışan Bayden 2020-ci il prezidentlik kampaniyası zamanı Obamanın Kubaya münasibətini bərpa edəcəyinə söz versə də, keçən il iyul ayında misli görünməmiş geniş küçə etirazlarından sonra Kuba rəsmilərinə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Kubanın xarici işlər naziri Bruno Rodrigez Bayden administrasiyasının qərarlarının "doğru istiqamətdə kiçik bir addım" olduğunu deyib.

Lakin Baydenin Demokratlar Partiyasının üzvü və Senatın Xarici Əlaqələr Komitəsinin sədri ABŞ senatoru Robert Menendez administrasiyanın Kubaya müəyyən səyahət formalarını bərpa etmək qərarını tənqid edib.

"Hələ də artan səyahətlərin Kubada demokratiya yaradacağına inananlar sadəcə olaraq inkar vəziyyətindədirlər" - deyə, senator Menendez bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG