Accessibility links

Ukraynanın Xarkiv şəhərindən olan sahibkarlar insanlara sığınacaq tapmağa yardım edir


Ukraynanın Xarkiv şəhərindən olan sahibkarlar insanlara sığınacaq tapmağa yardım edir
please wait

No media source currently available

0:00 0:03:13 0:00

Ukraynanın Xarkiv şəhərindən olan sahibkarlar insanlara sığınacaq tapmağa yardım edir

Fevral ayında Rusiyanın Ukraynaya təcavüzündən bəri milyonlarla insan doğma şəhərlərini tərk edərək təhlükəsiz yerə - ya Qərbi Ukraynaya, ya da Polşa kimi qonşu ölkələrə köçüb. Çoxları yalnız bir neçə əşyasını götürsədə, digərləri bizneslərini aparıb.

Bu insanların hamısı bir vaxtlar Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkivdə ofisləri olan sahibkarlardır.

"Mənim biznesim kiçik bir səyahət şirkəti kimi başladı. Sonra o, alman, polyak və ingilis dillərini tədris etdiyimiz təhsil mərkəzinə çevrildi" - deyə, Serhiy Savitski bildirib..

15 il Serhiy Savitsky öz biznesini qurmaq üçün çalışıb. Lakin Xarkiv Rusiyanın hədəfinə çevriləndən sonra o, fəaliyyətini dayandırmalı olub. Belə ki, onun bir çox işçisi xaricə qaçıb.

Savitski xaricə gedən ailə üzvlərini də təxliyə edib. Nəhayət Lvıvda məskunlaşaraq orada könüllü olub.

"Biz evakuasiya edərkən partlayış səsləri eşitdik. Panikaya düşdük. … Amma bilirdim ki, əgər mən Silahlı Qüvvələrin üzvü deyiləmsə və orada silah tutmasmamışamsa, ölkəmə faydalı olmağın başqa yolunu tapmalıyam. İnsanlarla ünsiyyət qurmaqda yaxşıyam, ona görə də çətin deyildi. Oradakı bütün sahibkarlar belə bir şey axtarırdılar!"

Savitski Xarkoivli sahibkarları birləşdirir və Ukraynanın şərqindən olan insanlara kömək etmək üçün humanitar mərkəz yaradır.

Maksim Udoviçenko Xarkivdə supermarketlər şəbəkəsinin sahibidir. Onun evi Rusiya raketi ilə dağıdılıb. İndi o, insanları evakuasiya etməyə kömək edir. Bir çox hallarda onları getməyə razı salmalı olur.

"Daimi bombardmanlar insanların düşünmə qabiliyyətinə mane olur, buna görə də onlar təhlükəsiz olduqlarına inanırlar. Amma mən bütün mənzərəni görürəm və başa düşürəm ki, tezliklə bu zona kəsiləcək və sonra Mariupolda olduğu kimi hətta könüllülər belə insanları evakuasiya edə bilməyəcəklər".

Bu mərkəzdə sahibkarlar da humanitar yardım toplayır və gündə mindən çox insana ünvanlı yardım təşkil edirlər. Bu layihənin meneceri Pavlo Pismenkov deyir ki, yardım ABŞ-dan və bütün Avropadan gəlir.

"Biz Xarkivə humanitar yardım toplamaq və göndərmək üçün beynəlxalq və ukraynalı donorlarla əlaqələr qururuq. Çatdırılma nöqtəsinə çata bilməyənlərə ünvanlı çatdırılma təşkil edirik. Biz ərzaq məhsulları, uşaqlar və böyüklər üçün bezlər, xilasedicilər üçün avadanlıq və alırıq".

İllərlə iş təcrübəsi bu sahibkarlara çatdırılmaları tez bir zamanda təşkil etməyə, logistikanı müəyyənləşdirməyə və işləri nəzarətdə saxlamağa imkan verir.

"Mən logistika mərkəzinə və sakinlərlə işləyən könüllülərin fəaliyyətlərinə, ərazi müdafiəsinə, silahlı qüvvələrə nəzarət edirəm - onlar ən çox lazım olanı etdiklərinə əmin olmaq üçün çox çalışırlar" - deyə, sahibkar Serhiy Sereda bildirib.

Bu pop-up humanitar mərkəzdəki bütün insanlar eyni məqsədi güdür.

"Tkcə mənim deyil, bütün ukraynalılar üçün uşaqlarının xoşbəxt təbəssümü vacibdir. Uşaqları böyük stress altında, zirzəmilərdə oturub görmək mənim üçün çox çətindir", sahibkar Savitski bildirib.

Bu qeyri-adi biznes mərkəzi həftənin yeddi günü, demək olar ki, gecə-gündüz işləyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG