Accessibility links

Mustafa Cəmil Krımoğlu: Dünya ölkələri Krım tatarlarının deportasiyasını soyqırım kimi tanımalıdır


Mustafa Cəmil Krımoglu
Mustafa Cəmil Krımoglu

Bu gün Krım tatarlarının deportasiyasının 78-ci ili tamam olur.

Mustafa Cəmil Krımoğlu: Dünya ölkələri Krım tatarlarının deportasiyasını soyqırım kimi tanımalıdır
please wait

No media source currently available

0:00 0:04:31 0:00

Krım tatarlarının lideri, Ukrayna Ali Radasının deputatı Mustafa Cəmil Krımoğlu Amerikanın Səsinə müsahibədə bildirib ki, 1944-cü ilin 18 may soyqırımı Krım tatar xaqlının faciə günüdür.

Sürgündən keçən iki il müddətində Krım Tatar xalqının 40 faizi aclıqdan, soyuqdan, işgəncələrdən ölüb.

"Əslində Stalin rejimi, Sovet rejimi bu faciə ilə Krım tatar xaqlını yer üzündən yox etmək istəyirdi. Onlar klassik etnik təmizləmə üsulu ilə bizim xalqımızın tarixi torpaqlarında Rusiya bölgəsi yaratmaq istəyirdi. Bizim araşdırmalara görə, sürgündən keçən iki il müddətində Krım tatar xalqının 40 faizi aclıqdan, soyuqdan, işgəncələrdən ölüb."

Onun sözlərinə görə, Sovet rejiminin son dövrlərinə qədər Krım tatarları diskriminasiyaya məruz qalıb, çoxsaylı insan haqlarından məhrum olub.

"Sadəcə sovetlər dağıldıqdan, Ukrayna müstəqilliyini qazandıqdan sonra biz çətinliklərlə olsa da, yavaş-yavaş vətənizmizə qayıtmağa başladıq. 2014-cü ildə keçmiş Sovetlər Birliynin varisi Putin Rusiyası Krımı yenidən işğal etdi. Yenə də 1944-cü il 18 may faciəsindən daha çətin faciələr başladı. 18 may qadağaları qüvvəyə mindi. Krım Tarar Milli Məclisini qadağan etdilər. Çoxsaylı insanlarımızı həbs etdilər. Çox insanlarımız ana torpaqları Krımdan məcburən Ukraynanın müxtəlif bölgələrinə köç etdi. Üç ay öncə isə Rusiya Ukraynanı bütövlükdə zəbt etmək üçün əsgərlərini göndərdi."

2014-cü ildə keçmiş sovetlər birliynin varisi Putin Rusiyası Krımı yenidən işğal etdi. Yenə də 1944-cü il 18 may faciəsindən daha çətin faciələr başladı.

Mustafa Cəmil Krımoğlu hesab edir ki, Rusiyanın məqsədi tez bir zamanda Ukraynanı işğal edib burada oyuncaq bir rejim qurmaq idi.

"Amma bu dəfə Krımın işğalı kimi olmadı. Ukrayna xaqlı dirəniş göstərdi. Bu gün müharibənin 84-cü günüdür. Təxminlərə görə, Rusiyanın 828 min əsgəri Ukrayna ərazisində məhv edilib. Minlərlə tankları, təyyarələri vurulub."

Krım tatarlarının lideri hesab edir ki, Rusiya-Ukrayna müharibəsi Krımda bitəcək.

"Əslində Rusiya-Ukrayna müharibəsi Krımın işğalı ilə başlayıb. Müharibə Krım yarımadasının azad eduilməsi ilə də bitəcək," o qeyd edib.

O, Ukrayna tərəfdən Rusiyaya qarşı döyüşlərdə Krım tatarlarının iştirakından danışarkən deyib ki, onların sayı minlərlədir.

Müharibə Krım yarımadasının azad eduilməsi ilə bitəcək.

"Tam rəqəmləri söyləmək çətindir. Krımın işğalından sonra Ukrayanaya 30 mindən çox Krım tatarı köçüb. Onların əksəriyyəti Ukrayna Ordusunun tərkibində Ukrayna xalqı ilə çiyin-çiyinə Rusiya işğalçılarına qarşı döyüşür. Şəhidlərimiz də var."

Mustafa Cəmil Krımoğlunun sözlərinə görə, Krım tatarlarının soyqımını Ukrayna məhkəməsi araşdırır və beynəlxalq məhkəmənin yurisdiksiyasına veriləcək.

"Artıq Baltik ölkələri Krım tatarlarının faciəsini soyqırım kimi tanıyıb. Kanada parlamentinin tanıyacağı gözlənilir. Mən dünya ölkələrinə müraciət edirəm ki, Krım faciəsini soyqırım kimi tanısınlar," o qeyd edib.

Krım tatarlarının deportasiyası haqqında qısa məlumat

1944-cü il mayın 18-dən 20-dək Krım tatarları Milli Hərəkatının məlumatına görə, 400 000-dən çox tatar Krımdan Özbəkisatana sürgün edilib.

Etnik təmizləmə keçmiş Sovet İttfaqı Kommunist Partiyasının baş katibi İosif Stalinin göstərişi ilə Sovet dövlət təhlükəsizliyi xidmətinin rəhbəri Lavrenti Beriya tərəfindən həyata keçirilib.

1980-ci illərin sonlarında yenidənqurma hərəkatı başlayanda Krım tatarlarının geri qayıtması haqqında qadağa ləğv olunub və tatarlar yenidən öz əvvəlki yurdlarına geri qayıda bilib.

2004-cü ilə qədər tatarların böyük hissəsi Krıma geri qayıda bilib və yarımadanın əhalisinin 12 faizini təşkil edib.

12 dekabr 2015-ci ildə Ukrayna Ali Radası bu hadisələrin soyqırım kimi tanınması barədə qərar qəbul edib və 18 may Ukraynada "Krım tatarlarının soyqırımı" günü kimi ölkə təqviminə salınıb.

2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikası Rusiya tərəfindən işğal olunub.

2014-cü il, martın 29-da Krım tatarları Məclisi Bağçarayda toplaşaraq yarımadanın ərazisində Krım Tatar Muxtar Vilayətini elan edib.

Tatar Məclisi hesab edir ki, tatarların tarixi vətənlərində muxtariyyət elan etməsi onların təbii haqqıdır.

Dünya birliyi Rusiyanın Krımı işğalını tanımasa da Krım yarımadası hazırda Rusiyanın idarəçiliyindədir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG