Accessibility links

Rusiya: 959 Ukrayna əsgəri Mariupolda təslim olub


Rusiya Müdafiə Nazirliyi çərşənbə günü bildirib ki, 959 Ukrayna əsgəri bu həftə mühasirədə olan Mariupol liman şəhərindəki son qalada təslim olub.

Nazirliyin sözçüsü jurnalistlərə bildirib ki, son 24 saat ərzində 694 nəfər təslim olub.
Ukrayna rəsmiləri rəqəmləri təsdiqləməyib. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bazar ertəsi 260-dan çox döyüşçünün Rusiyanın verdiyi rəqəmlərə uyğun olaraq Azovstal polad zavodunun xarabalıqlarını tərk edərək Rusiya qüvvələrinə təslim olduğunu bildirib.

Rusiya əməliyyatı kütləvi təslim adlandırıb. Ukraynalılar isə əksinə, qarnizonun missiyasını başa vurduğunu bildiriblər. Mariupol meri Vadim Boyçenko Amerikanın Səsinin Ukrayna xidmətinə deyib: “Məqsəd o idi ki, şəhəri qəhrəmancasına müdafiə edən və düşməni birbaşa Mariupolda saxlayan uşaqlar onlara Mariupoldan keçməyə imkan verməsinlər”.

Ukrayna döyüşçülərinin aqibətinin nə olacağı bəlli deyil.

Rusiya rəsmisi tammiqyaslı məhbus mübadiləsinə şübhə ilə yanaşıb.
Azov dənizinin şimal sahilində, müharibədən əvvəlki 430.000 əhalisi olan Mariupolun ələ keçirilməsi Moskvanın Ukraynaya qarşı təxminən üç aylıq hücumunda ən böyük uğur olardı. Lakin Rusiya Ukraynanın şərqində daha çox ərazi ələ keçirmək üçün mübarizə aparır və prezident Vladimir Zelenski hökumətini devirə və ya paytaxt Kyivi ala bilməyib.

Ukraynanın təxminlərinə görə, Mariupolda 20 min dinc sakinin öldüyü Rusiyanın davamlı atəşi altında şəhərin çox hissəsi dağıntılara çevrilib. Ondan qalan isə Rusiyanın 2014-cü ildə Ukraynadan zəbt etdiyi Krım yarımadası ilə Rusiyanın materik hissəsi arasındadır.

Pentaqonun mətbuat katibi Con Kirbi çərşənbə axşamı jurnalistlərə bildirib ki, Mariupolda döyüş əməliyyatlarının başa çatmasının nə demək olduğunu “bilmək çətindir”. O əlavə edib ki, Rusiyanın “Donbası və ölkənin şərq hissəsini mühasirəyə almaq və işğal etmək” niyyəti açıqdır, lakin “onlar buna nail ola bilməyiblər”.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG