Accessibility links

21 yaşlı rus əsgəri ukraynalı mülki vətəndaşı öldürdüyünü etiraf edib


21 yaşlı rus əsgəri Kyivin üç ay əvvəl Rusiyanın işğalından sonra açdığı ilk hərbi cinayət işində silahsız ukraynalı mülki vətəndaşı öldürdüyünü etiraf edib.

Çavuş Vadim Şişimarin Rusiyanın fevralın sonunda işğala başlamasından 4 gün sonra 62 yaşlı ukraynalı kişini açıq avtomobilin pəncərəsindən başına güllə atəşi açdığı üçün ömürlük həbs cəzasına məhkum edilə bilər.

Ukraynanın Baş Prokuroru İrina Venediktova daha əvvəl demişdi ki, onun idarəsi 41 rus əsgərinə qarşı mülki infrastrukturun bombalanması, dinc sakinlərin öldürülməsi, zorlama və talan kimi cinayətlərə görə hərbi cinayət işi hazırlayır.

Ruslardan neçəsinin Ukraynada həbsdə olduğu və nə qədərinin qiyabi mühakimə oluna biləcəyi bəlli deyil.

Şişimarinin Kyiv məhkəməsində baxılan işində Venediktova iddia edib ki, o, fevralın 28-də paytaxt Kyivdən təxminən 320 kilometr şərqdə yerləşən Çupaxivka kəndinə avtomobillə gedərək Ukrayna qüvvələrini tərk edən bir qrup rus əsgəri arasında olub.

Baş prokuror bildirib ki, rus əsgərləri yolda velosiped sürən və telefonla danışan bir kişi görüblər. Venediktovaya görə, Şişimarinə Ukrayna hərbi orqanlarına məlumat verə bilməmək üçün adamı öldürmək əmri verilib, lakin əmri kimin verdiyini açıqlamayıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin hazırladığı hadisə ilə bağlı qısa video hesabında Şişimarin, "Mənə atəş əmri verildi. Mən ona bir (raund) vurdum. O, yıxılır. Biz isə davam etdik" deyib.

Venediktovanın ofisi Rusiya əsgərləri və hökumət rəsmiləri də daxil olmaqla, 600-dən çox şübhəlinin iştirak etdiyi 10 700-dən çox potensial müharibə cinayətini araşdırdığını bildirib. Beynəlxalq səlahiyyətlilər həmçinin Rusiyanın mümkün hərbi cinayətlərini araşdırır, Moskvanın isə Ukrayna əsgərlərinə qarşı cinayət işləri üzərində işlədiyi güman edilir.

Rusiya dinc sakinlərin hədəf alınmasını rədd və Ukraynanı vəhşiliklər törətməkdə ittiham edir. Ukrayna minlərlə dinc sakininin öldürüldüyünü bildirir.

Bu xəbərdə bəzi materiallar Associated Press-dən götürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG