Accessibility links

Salyanda "Narkotikə son!" şüarı ilə yürüş keçirilib


Mayın 19-da Salyan şəhərində (Bakıdan 129 kilometr cənub) "Narkotikə yox" şüarı ilə yürüş keçirilib. Bir qrup yerli sakin Salyanda son zamanlar narkotik vasitələri satanların sayının çoxalmasını iddia edərək, Salyan Şəhər İcra Hakimiyyətinin bunasının qarşısınadək yürüş təşkil edib.

Onlar bildirib ki, aidiyyatlı orqanlar narkotiklə mübarizə aparmalıdır.

"Uşaqlarımız niyə məhv olsunlar? Rayonda narkomaniya çoxalıb. Açıq-aşkar alver gedir," deyə aksiya iştirakçılarından biri deyib.

Aksiya iştirakçıların qarşısına çıxan Salyan Rayon Polis Şöbəsinin rəisi Nəzər Əsgərov bildirib ki, narkomaniya ilə bağlı dövlət səviyyəsində bütün tədbirlər görülür.

"Əgər sizin hər hansı konkret məlumatınız varsa, öz təkliflərinizi verin. Biz də bu məlumatları araşdırmağa hazırıq," polis rəisi qeyd edib.

Aksiya iştirakçısı Elzamin Salayev bildirib ki, polis idarəsinə dəvət olunublar.

"Rayonda narkomaniyanın yayılmasına sivil formada etirazımızı bildirdik. Polisdə aksiya iştirakçılarına söz verildi ki, rayonda narkomaniyaya qarşı mübarizəni daha da intensivləşdirəcəklər," o qeyd edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar bütün zəruri tədbirlər daxili işlər orqanları tərəfindən diqqət mərkəzində saxlanılır və davam etdirilir. Əməliyyat-axtarış, əməliyyat-istintaq, əmliyyat-texniki tədbirlərlə narkotik vasitələrin qanunuz dövriyəsində əlaqəli olan, şübhəli bilinən, təqsirləndirilənlərin dairəsinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər kampaniya xarakteri daşımır.

O, Salyandakı aksiyadan danışarkən deyib ki, qaldırılan hər bir iddia nəzərdən keçirilir.

"Aksiya iştirakçıları Salyan rayon Polis Şöbəsində dinlənilib. Onları narkotiklə bağlı narahat edən məlumatlar toplanılaraq realizə olunacaq," Hacıyev qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG