Accessibility links

Əsir götürülən həkimin bədən kamerası Ukraynanın Mariupol şəhərinin dəhşətini birbaşa nümayiş etdirir


Tanınmış ukraynalı həkim Mariupolda baş verənləri qaçaqmalçılıq yolu ilə gətirilən və dırnaq ölçüsündə olan məlumat kartına qeyd edib. İndi o, Rusiyanın əlindədir və Mariupolun özü çökmək ərəfəsindədir.

Tayra adı ilə oraya gedən Yuliya Paievska iki həftə ərzində insanları ölüm astanasından geri qaytarmaq üçün komandasının gərgin səyləri haqqında 256 giqabaytlıq görüntüləri çəkmək üçün bədən kamerasından istifadə edib.

O, Ukraynanın Mariupolda humanitar konvoyla yola düşən zaman şəhərdə sonuncu jurnalistlər olan Associated Press agentliyinin komandasına dəhşətli görüntülər olan nadir klipləri çatdırıb.

Rusiya əsgərləri Tayranı və sürücüsünü ertəsi gün, martın 16-da ələ keçirib. Rusiya Moskvanın Ukraynanı "denazifikasiya etməyə" cəhd etdiyi barədə rəvayətinə uyğun olaraq Tayranı millətçi "Azov" batalyonunda işləyən şəxs kimi təqdim edib.

Lakin AP belə bir sübut əldə edə bilməyib. Dostları və həmkarları onun Azovla heç bir əlaqəsi olmadığını deyib. Onun yaralıların təxliyəsinə rəhbərlik etdiyi hərbi xəstəxana Azovla bağlı deyil. Və onun çəkdiyi videoda Tayranın Ukrayna vətəndaşları ilə birlikdə yaralı rus əsgərlərini xilas etməyə çalışdığı görünür.

Martın 10-da çəkilmiş klipdə iki rus əsgərinin ukraynalı əsgəri təcili yardım maşınından çıxardığı göstərilir. Biri əlil arabasındadır. Digəri dizləri üstədir, əlləri arxasına bağlıdır, açıq-aşkar ayağı zədəlidir. Onlardan birini ukraynalı əsgər söyür. "Sakit ol, sakit ol", Tayra ona deyir. Bir qadın ondan soruşur ki, rusları müalicə edəcəksən? "Onlar bizə belə xeyirxahlıq etməyəcəklər" - deyə, o cavab verir.

"Amma mən başqa cür edə bilməzdim. Onlar hərbi əsirdirlər", o əlavə edir.

53 yaşlı Tayra oğurlanmış və ya əsir düşmüş yüzlərlə yerli məmur, jurnalist və digər tanınmış ukraynalılar kimi indi Rusiya qüvvələrəi tərəfindən əsir götürülüb.

BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası 204 zorla yoxa çıxma hadisəsini qeydə alıb və bildirib ki, bəzi qurbanlar işgəncələrə məruz qalıb, beş nəfər isə sonradan ölü tapılıb.

Cenevrə Konvensiyaları hərbi və mülki tibb işçilərin "hər bir şəraitdə" müdafiəsini ayrıca qeyd etsə da, ruslar tibb işçiləri və xəstəxanaları hədəf alır.

Rusiya əsgərləri mayın 8-də Mariupoldan gələn konvoyda olan qadını hərbi həkim olmaqda günahlandıraraq, onu 4 yaşlı qızı ilə naməlum taleyə sürükləmək və ya Ukraynanın nəzarətində olan ərazilərə davam etmək arasında seçim etməyə məcbur edib. Ana və uşaq ayrılıb.

Rusiya polad zavodunda gizlənən 1700-dən çox ukraynalı döyüşçünün bu həftə təslim olduğunu, Ukrayna rəsmiləri isə döyüşçülərin öz missiyasını yerinə yetirdikdən sonra bölgəni tərk etdiyini bildirib.

Ukrayna hökuməti bir neçə həftə əvvəl Tayranın adını məhbus mübadiləsinə əlavə etməyə çalışdığını bildirib. Lakin Rusiya onun Ukraynanın separatçı Donetsk bölgəsindəki televiziya şəbəkələrində və Rusiyanın NTV telekanalında əlləri qandallı və üzü göyərmiş halda görünməsinə baxmayaraq, onu saxladığını inkar edir.

Tayra Ukraynada bir ulduz idmançı, həm də ölkənin könüllü tibb qüvvələrini yetişdirən şəxs kimi tanınır. Onun fevralın 6-dan martın 10-na kimi lentə aldığı videoda mühasirədə olan və o vaxtdan bəri Rusiyanın işğalı və Ukrayna müqavimətinin dünya miqyasında simvoluna çevrilmiş şəhərin gizli video yazıları əks etdirilir.

Fevralın 24-də, müharibənin ilk günündə Tayra bir Ukrayna əsgərinin açıq baş yarasını sarmaq cəhdlərini lentə alıb. İki gün sonra o, həmkarlarına yaralı bir rus əsgərini yorğana sarmağı əmr edib. O, gənc oğlanı onun əlindən keçən bir çox əsgər üçün sevimli ləqəb olan "Günəş" adlandırır və Ukraynaya niyə gəldiyini soruşur.

"Sən mənə qayğı göstərirsən" - deyə, az qala heyrətlə yaralı bildirir. Onun cavabı “Biz hamıya bərabər yanaşırıq” olur.

Martın 15-də polis məmuru kiçik məlumat kartını Associated Press jurnalistlərindən ibarət komandaya verib. Taira jurnalistlərdən kartı Mariupoldan təhlükəsiz şəkildə çıxarmağı xahiş edib. Jurnalistlər Rusiyanın 15 keçid məntəqəsindən keçərkən kart tamponun içərisində gizlədilib.

Ertəsi gün Tayra sürücüsü Serhiylə birlikdə yoxa çıxıb.

Tayra Ukrayna üçün Invictus Oyunlarının bir hissəsi idi. Keçən il o, Invictus Oyunların yaradıcısı olan Britaniya şahzadəsi Harri tərəfindən hazırlanan ruhlandırıcı fiqurlar haqqında Netflix sənədli filminin çəkilişi üçün bədən kamerası əldə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da Müstəqillik Günü paradında ölümcül silahlı hücum edilib
please wait

No media source currently available

0:00 0:08:39 0:00
XS
SM
MD
LG